beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Zərrə qədər hicrinə tabım da yox " qəzəli

Zərrə qədər hicrinə tabım da yox,
Göz yaşını yığmağa qabım da yox.

Aləmə ah-naləmi ərz eyləyən,
Bircə qırıq telli rübabım da yox.

Düşdüyüm eşqin sualı min dənə,
Heç birinə karrı cəvabım da yox.

Dərdimi könlümdə yığıb saxladım,
Yarıma layiqli xitabım da yox.

Boğmağa tüğyan eləyən qəmləri,
Əldə piyaləm də, şərabım da yox.

Ömrümü dəftər-qələmə vermişəm,
İndiyəcən yönnü kitabım da yox.

Yasini öldürsə qəmin söylə ki,
Getdi daha xanəxarabım da yox.


Tarix: 27.03.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Qezeller