beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Çəkirəm " qəzəli

Darda bu dərd özü olsun deyə dəstək çəkirəm,
Canda qəm çəkməyə həm var ki bu istək çəkirəm.

Qarəsindən günümün cümleyi-aləm danışır,
Üzünə səbrdən hərçənd ağ örpək çəkirəm.

Ölmüşəm, gəl məni yerdən götür, ey gül, nolur,
Çəkməz aləm bu qədər dərdi ki, mən tək çəkirəm.

Öz xoşumlandı məgər qəm çəkirəm? Könlümdü
Elə sakitcə pıçıldar: bala çək, çək, çəkirəm.

Dilbərim dərdimi duysun deyə çox dad döydüm,
Dedi get dərdini zəhmət çək özün çək, çəkirəm.

Hərə bir məssəbə qulluq eləyir mən də belə,
Seçmişəm dərd avarın çəkməyi məslək, çəkirəm.

Qoy görüb halımı, tən eyləməsinlər, Yasin,
Mənə xoşdur bu müsibətləri çəkmək, çəkirəm.


Tarix: 27.03.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Qezeller