beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Rifahı naminə xalqın çalışmışıq biz də " qəzəli

Rifahı naminə xalqın çalışmışıq biz də,
Yolunda yanmışıq, az çox alışmışıq biz də.

Bir an da qalmamışıq gendə milli davadan,
Bu xəlqə qaynayıb hər dəm qarışmışıq biz də.

Küsəndə başqaları biz də küsmüşük ondan,
Düşüb bu səhvi başa tez barışmışıq biz də.

Amansız olduğunu yaxşı bilmişik çərxin,
İşıqlı, nurlu sabahçun çalışmışıq biz də.

Bu millətin əzilib haqqı tapdananda susub
Dayanmayıb uca səslə danışmışıq biz də.

Yolunda haqq işinin arxalanmışıq həqqə,
Bir Allahın ətəyindən yapışmışıq biz də.

Vətən, yanırsa vətəndaş vətən olur, Yasin,
Bu cür alışmağa çoxdan alışmışıq biz də.


Tarix: 27.03.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Qezeller