beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Sən Allahın kömək et bir qərib gəlib qapına " qəzəli

Sən Allahın kömək et bir qərib gəlib qapına,
Ayaqyalın, başaçıq, müztərib gəlib qapına.

Bir ayrı meyvəsi yox, qəmdir eşqinin bəhəri,
Ki, gəlməsin deyə paysız dərib gəlib qapına.

Bu mülki-aləmə hey qaynayan qanın, qadasın,
Onun o çal başına əndərib gəlib qapına.

Açıb könül qapısın tez burax bu bədbəxti,
Nə yığdı fani həyatdan verib gəlib qapına.

Bu çarəsiz nəyə layiqdi ver ki, öncədən o,
Əməldən elçilərin göndərib gəlib qapına.

Ümidlərin yuyub öz göz yaşında əvvəlcə,
Kərəm və lütf ipi üstdən sərib gəlib qapına.

Düşünmə yolçudur ünvanı səhv salıb, Yasin,
Vüsal yolun ona haqq göstərib gəlib qapına.


Tarix: 27.03.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Qezeller