beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Döyginən daşları dalğanla danış dərdindən " qəzəli

Döyginən daşları dalğanla danış dərdindən,
Salginən daşlara min dürlü naxış dərdindən.

Bir mənəm burda bu gün, bir də bu lal, sal daşlar,
Danış, ey göy Xəzərim, susma danış dərdindən.

Qoruyar sirrini qoynunda əzizlər daşlar,
Düşməsin boş yerə bir damla çalış dərdindən.

Elə çırpıl ki, bu sahillərə, ey göy Xəzərim,
Ki düşə sahilə səhmanlı qırış dərdindən.

Aralan, sonra yaxınlaş yenə tənbəl-tənbəl,
Tut xəbər daşda qalan köhnə tanış dərdindən.

Ey dəniz, başqa bu sahildə kimin var ki sənin,
Uzadıb əl verib hörmətlə yapış dərdindən.

Dərdinin üstə dəniz dərdi gətirdin, Yasin,
Diləyin dərd idi al, indi alış dərdindən.


Tarix: 27.03.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Qezeller