beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Çox şadəm, əzizim, mənə hərdən nəzərin var " qəzəli

Çox şadəm, əzizim, mənə hərdən nəzərin var,
Sevda bağına xoş qədəmin var, güzərin var.

Küyində ciqərsizlərə yer yoxdu deyibsən,
Əhsən sənə ki, öylələrindən həzərin var.

Yandır sən üzərrik yerinə aşiqi, çünki,
Mütləq bu gözəllikdə sənin bədnəzərin var.

Yığma başuva aləmi fəryad edib, ey dil,
İl pis gəlir ildən-ilə bundan xəbərin var?

“Mən şairəm”-hər yerdə deyirsən bunu, Yasin,
Dildarına bəs layiq olan bir əsərin var?


Tarix: 27.03.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Qezeller