beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Kim görübdür belə bir afəti-ziba görəsən " qəzəli

Kim görübdür belə bir afəti-ziba görəsən,
Ləbi şəkkər, üzü gül, qaməti Tuba görəsən.

Sanki on dörd gecəlik aydı cəmalın, gözəlim,
Kim görüb bəs belə bir hüsni-təcəlla, görəsən.

Gecə-gündüz sənə çox dil tökürəm, yalvarıram
Verəcəkdirmi səmər bəs bu təmənna görəsən.

Qeysin əhvalatını yaxşı bilirdim mən axı,
Gəldi bəs əqlimə hardan belə xülya görəsən.

Hamı çoxdan yetişib sevgili dildarə, məni
Bəs nə vaxt şad edər Allah-Taala görəsən?

Kədəri Yasinə verdi, fərəhi özgələrə,
Niyə ya Rəbbi, dağılmır belə dünya görəsən?


Tarix: 27.03.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Qezeller