beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürətli təmizlik necə etməliyik?

Payız gələn zaman evinizdə fəsilə uyğun təmizlik etmək əlbəttə ki lazımdır. Təmizliyə başlayanda haradan necə başlayacağımızı isə bilmirik…

Buyurun, sizlərə sürətli təmizliyin qızıl qaydalarını izah edim…

Əlbəttə ki sürətli təmizlik mümkündür…
Məsələn, edəcəyimz təmizliyin çox əyləncəli olmasını ya da hansı ləkənin necə çıxacağını öyrənmək istəyə bilərik. Eyni zamanda yaxşı təmizlik planına ehtiyac duya bilərik.

İndi isə aşağıdakı yazılanlara nəzər salaraq faydalana bilərik:
Otağları gəzin
Təmizliyə başlamadan əvvəl hansı otağının necə bir tənzimləmə və təmizlik əməliyyatı tələb etdiyini təyin edin. Məsələn pərdə və xalçalar yuyunacaqmı, şkaf içləri və döşəmənin təmizlənməsi lazımdırmı? Bu kəşf dövrünü evin bütün otaqlarına tətbiq etdikdən sonra bənzər ya da eyni əməliyyatları qruplaşdırın. Məsələn pərdələri eyni anda kimyəvi təmizləməyə, xalçaları da yumağa verə bilərsiniz. Bunun üçün məhəllənizdəki kimyəvi təmizləmə yerlərinə ,müraciət edə bilərsiniz. Hətta internetdən faydalanmaq da olar.
Plan qurun
Hansı otağı hansı günlərdə təmizləyəcəyinizə dair bir plan quru. Bunun üçün həftəlik plan ya da aylıq plan edə bilərsiniz. Hər gün işləyirsinizsə planınızı aylıq qursanız daha sərfəli olar. Bu planda evin hansı hissəsini necə və neçə dəqiqə aralıqlarla təmizləyəciyinizə yer verin. Beləcə özünüzü yormadan təmizliyə başlaya bilərsiniz.
Kömək alın
Yoldaşınız və uşaqlarınızdan kömək ala bilərsiniz. Danışığınız təsirli olsa, sizi rədd etmələri çətin olacaq. Məsələn, ortalığı yığışdırma , künc bucağı təmizləmə mövzusunda uşaqlar ümumiyyətlə çox müvəffəqiyyətlidir.
Vəsaitləri əvvəldən nizamlayın
Təmizliyə başlamazdan əvvəl sizə lazım olan yuyucu vasitələri öncədən alıb əlinizin altına saxlayın. Yoxsa təmizlik zamanı çətinlik çəkərsiniz, həm da zaman itirmiş olarsınız.
Təbii vasitələrdən istifadə edin
Evi təmizləmək ,o demək deyil ki, zərərli kimyəvi maddələrdən istifadə etməlisiniz. Sağlamlığınızı qorumaq üçün bitki mənşəli, təbii, insan sağlamlığına zərər verməyən eyni zamanda çox güclü yuyucular var. Antibakterial, məhsullarını istifadə etdiyiniz kimi, limon, sirkə, yemək sodası kimi bitki mənşəli həll edicilərdən istifadə edə bilərsiniz.
Təşkil edin
Evdə heç cür yox edə bilmədiyiniz tozların toplandığı yeri müəyyən etmək istəyirsiniz? Cavab çox sadə, təşkil etmədiyiniz hər əşya qrupu eyni zamanda tozların sıx bir şəkildə toplandığı yerlərdir. Küncdə unutduğunuz jurnal yığını, ayıra bilmədiyiniz köhnə dəsmallardan başlaya bilərsiniz.
Əylənməkdən imtina edin
Təmizlik edərkən telefon və televiziyanı unudun. Lap yaxşı olar ki bir müddətlik bağlayasınız. Bu sizə maneçilik törətməsin deyə.
Musiqi olmazsa olmaz!
CD playerdə sizi canlandıran bir musiqi qoyun. Hətta təmizlik edərkən dinləmək üçün öz musiqilərinizi seçə bilərsiniz.
Zaman ölçəndən istifadə edin
Təmizlik əsnasında bir otağa ilişib qalır və çox-çox əylənirsinizsə, zaman ölçəndən istifadə edə bilərsiniz. Müəyyən müddət ərzində zəng bildirişindən sonra əyləncədən ayrıla bilərsiniz…
Bütün işlər bitdikdən sonra gündəlik lazım olan işləri görün
Evi nəzərdən keçirin. Bununla da təmiz bir evə nail olacaqsınız.

Ləkə təmizləməkdə çətinlik çəkirsiniz?
Saqqız Kresloya yapışan saqqızı çıxarmaq üçün buz istifadə edin. Buzla saqqızın donmasını təmin edərək, sonra saqqızın tökülməsini görə biləcəksiniz.
Şam ləkəsi
Şam ləkələrini çıxarmaq üçün ehtiyacınız olan tək şey ütü və yaş dəsmaldır. Şam ləkəsinin üzərinə yaş dəsmalı qoyun və ütünü də üstündə yavaşca gəzdirin. Bu əməliyyatı yaş dəsmal qəhvəyiyə çevrilənə qədər təkrarlayın. Lazım olsa bir neçə dəsmal daha istifadə edin.
Mürəkkəb
Mürəkkəb ləkəsini saç spreyi ilə çıxarda bilərsiniz.
Qan ləkəsi
Hidrogen peroksit ilə döşəmə və xalçalardakı qan ləkəsini çıxara bilərsiniz.
Xrom ləkələri
Xrom vəsaitlərindəki ləkələri təmizləmək üçün soda istifadə edə bilərsiniz.

Təmizlik çox vacibdir. Bu bizi tanıdan bir ünsürdür. Təmizliyə riayət etmək borcumuzdur!


Tarix: 28.12.2012 / 17:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 613 Bölmə: Praktik meslehetler