beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Jalüz və Pərdələrə Qulluq

Jalüz və qalın pərdələri tez-tez təmizləməyə ehtiyac olmur. Onları yalnız lazım gəldikdə təmizləyirlər. Lakin onlara heç qulluq edilmədikdə onların üzərində səhhətimiz üçün təhlükəli olan toz yığılır. İstənilən tipdə olan jalüzləri (plastikdən, dəmirdən, parçadan, taxtadan olanları) və qalın pərdələri həftədə bir dəfə tozsoranla təmizləmək lazımdır. Onları yığılmış halda deyil, bağlı saxlayın ki, bütün səthi yaxşı təmizlənsin. Jalüzi və pərdələri təmizləmək üçün yuyan tozsoran daha əlverişlidir.
Əgər metaldan və ya plastikdən olan jalüziniz çox çirklənibsə, onları yusanız yaxşı olar. Yumadan əvvəl onları tozsoranla təmizləyin,

sonra bir neçə damcı qablar üçün olan yuyucu vasitə əlavə edilmiş suda isladın. Jalüzləri yuduqdan sonra onları əsgi və ya dəsmalla yaxşıca qurulayın. Taxtadan və ya parçadan hazırlanmış jalüzləri bu qaydada yumaq olmaz.
Çox çirklənmiş parça jalüzləri başqa üsulla təmizləyirlər. Öncə tozsoran-dan istifadə edirlər, sonra onları yerindən çıxartmaq, plastik detallarını ayırmaq və sonda çexollara qoyub paltar yuyan maşında 40°C temperaturunda sıxma rejimi olmadan yumaq lazımdır. Sonra jalüzləri dəsmalların üzərinə qoyub qurutmaq və yerinə asmaq lazımdır. Jalüzlərin çirklənmiş plastik detallarını şotka ilə sabunlu suda yuyub silirlər.

Qalın pərdələri çox çirkləndiyi halda yuyurlar. Bahalı eksklüziv parçalar-dan tikilən pərdələri kimyəvi təmizləməyə vermək məsləhətdir. Əgər siz qalın pərdələri paltaryuyan maşında yuyursunuzsa, onları maşına bir-bir qoyun ki, pərdələr yaxşı yuyulsun və çox əzilməsin. Pərdələri yuyanda sıxma rejimindən istifadə etməyin.

Əgər siz pərdələri əllə yuyursunuzsa, onda onları böyük vannada yuyun və heç bir halda sıxmayın. Su süzüləndən sonra onları bütün uzunluq boyu asın ki, sonra rahat ütüləyə biləsiniz. Pərdələrə və parçadan olan jalüzlərə düşmüş ləkələri dərhal təmizləmək lazımdır ki, ləkə parçaya hopmasın. Jalüzlərdən təzə ləkələri suda isladılmış nəm süngərlə təmizləmək olar. Pərdələrə düşmüş ləkələri isə paltarlara düşmüş ləkələr kimi təmizləyirlər.


Tarix: 28.12.2012 / 17:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 423 Bölmə: Praktik meslehetler