beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnteryerin Dizaynı

İnteryer Dizaynının Əsasları

Dəhliz

Mənzilə daxil olan adam ilk olaraq dəhlizə girir. Çox vaxt qonağın ev sakinləri haqda ilkin təəssüratı məhz elə dəhlizdən yaranır.

Başlıca rollardan birini naxış materiallarının rəngləri oynayır. Balaca və qaranlıq dəhlizdə açıq materiallardan istifadə etmək yaxşı olardı, əksinə, geniş dəhlizdə daha çox tünd rənglər yarayar, məsələn: dolğun qırmızı və qəhvəyi rənglər. Dar dəhlizi zahiri genəltmək üçün divarların bəzəyində soyuq rənglərdən istifadə etmək lazımdır.

Dəhlizi təchiz edəndə onun ölçülərini nəzərə almaq lazımdır və buna müvafiq olaraq, mebel seçmək lazımdır. Dəhlizi həddindən artıq doldurmaq lazım deyil, mebelin miqdarını maksimal məhdudlaşdırmaq lazımdır. Bu, paltarasan, ayaqqabı şkafı və güzgüdür, digərlərinə yer yoxdursa, yaxşısı budur başqa otaqda yerləşdirəsiniz. Yaxşı variant divarlarda qurulmuş güzgülü şkaf ola bilər. Bu halda dəhlizdə nə başqa şkaf, nə də güzgü yerləşdirməyə ehtiyac olmur. Dəhliz isə çox səliqəli və müasir görünür.

Dəhliz çox vaxt döşəmə linoleumla örtülür, lakin toxuculuq örtüyü haqqında düşünmək də olar, çünki mənzilə girərkən o, dərhal rahatlıq hissini yaradacaq.

Qonaq Otağı

Qonaq otağının bir çox müxtəlif funksiyası var, lakin bir şey şübhəsizdir bütün ailənin əhvalı buranın rahatlığından asılıdır.

Qonaq otağında əsas yeri yumşaq mebeli dəsti tutur. Bu mebel rahat və otağın ölçüsünə uyğun olmalıdır. Böyük və enli yumşaq mebel böyük otaqlarda yaxşı görünür. Balaca qonaq otağını isə belə mebel daha da balaca və dar edə bilər.

Qonaq otağına xüsusi rahatlığı kamin verir. Əgər əsl kamin qoymağa imkan yoxdursa, onda süni kamin də olar. Müasir elektrik kamin növləri müxtəlifdir, tam təhlükəsizdir, estetik və sadədir. Dekorativ funksiyalardan başqa, onlar qızdırıcı rolunu da oynayırlar. Kamin dərhal diqqəti özünə cəlb edir. O, kompozisiyanın mərkəzinə çevrilir və qalan əşyaları öz ətrafında qruplaşdırır. Bu rolu müasir evlərdə ev kinoteatrı da oynaya bilər.

Əgər qonaq otağı eyni vaxtda istirahət və yemək otağının funksiyasını yerinə yetirirsə, onda oradakı döşəməni ikisəviyyəli etmək olar, məsələn, podiumda istirahət zonası yerləşə bilər (divan, bir neçə kreslo və jurnal stolu), aşağıda isə – stol, stullar, bufet.

Qonaq otağında mini-iş kabineti üçün yer ayırmaq olar. İş zonası və istirahət zonası arasındakı divar qismində otağın hündürlüyünün yarısına bərabər kitab stelajlardan istifadə etmək olar.

Rəng qammasına xüsusi diqqət yetirilməlidir, yaxşı olardı dəqiq rənglər-dən: ağ və qara, təmiz qırmızıdan istifadə etməyəsiniz.

Qonaq otağı üçün isti rəngləri yaşıl, tünd qırmızı, palıd rənginin bütün çalarlarını, sarı, narıncı seçmək yaxşıdır. Qonaq otağında jalüz məsləhət görülmür. Pərdələr isə çox da qalın olmamalıdır.

Təbii xalı qonaq otağının koloritinə xüsusi əhəmiyyət verir.

Qonaq otağının optimal işıqlandırılması üçün bir neçə tip çırağlardan istifadə etmək olar. Günün çox vaxtı keçən yerlərdə tavan, yaxud divar işıqlarından, həmçinin torşer və stolüstü lampalardan istifadə olunur.

Divarlardakı rəsmlər, vazalar, keramika fiqurları və s. qonaq otağını daha rahat göstərir. Rəsmləri adam boyundan aşağı yerləşdirmək olmaz, ən maraqlı aksessuarları isə işıqlandırmaq yaxşıdır.

Qonaq otağı üçün dekorativ elementləri seçəndə, otağın stilini nəzərə almaq lazımdır. Çalışın interyeri artıq aksessuarlarla doldurmayın, onda otaq muzeyə oxşayar.


Tarix: 28.12.2012 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 736 Bölmə: Praktik meslehetler