beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd və süd məhsulları

Pasterizə edilmiş südü çıxmaq şərti ilə, südü qaynadın. Əgər siz pasterizə edilmiş südü bir gündən artıq saxlamaq istəyirsinizsə, onu da qaynatmaq lazımdır.

Südü orta odda alüminium qazanda qaynadın. Əgər güclü odda, minalanmış qabda qaynatsanız, o hökmən yanacaq. Əgər qazanın dibinə bir tikə qənd qoysanız, süd tez qaynayar və yanmaz.

Südü qaynadanda qidalı maddələr qabın dibinə və di-varlarına az çöksün deyə, onu vaxtaşırı qaşıqla qarışdırın. Əgər qaynatma zamanı bir litr südə bir çimdik duz, yaxud 1 çay qaşığı şəkər tozu əlavə etsəniz, o, uzun müddət turşumaz və vitaminləri itməz.

Əgər süd yanıbsa, onu dərhal başqa qaba tökmək lazımdır (qarışdırmayaraq).

Təzə südü işıqda saxladıqda tərkibində olan A və C vitaminləri itir. Südü və yağı pendirin yanında saxlamaq olmaz, iy tutar. Yağı və yağ məhsullarını polietilen qablarda saxlamaq olmaz, onlar tez xarab olur və pis qoxu verir.

İstidə kəsmik tez turşuyur, rütubətdə kiflənir, ona görə onu ağzı örtülü, minalı, yaxud çini qabda 0°C -yə yaxın temperaturda və 2-3 gündən atrıq olmayaraq saxlayırlar. Turş kəsmiyə bir az süd qatıb 1 saatdan sonra süzdükdə dadlı olur. Pendiri duzlu suda saxladıqda keyfiyyətini itirmir. Qurumuş pendiri şorun və ya südün içinə qoyduqda təzələnir.


Tarix: 28.12.2012 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Praktik meslehetler