beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paltarlara Qulluq

Yun paltarlara qulluq
Əyninizdən çıxartdığınız yun paltarı dərhal şkafa asmayın, onu əvvəlcə havaya vermək, tozdan təmizləmək və yalnız sonra şkafa asmaq lazımdır. Paltarı stulun söykənəcəyinə asmayın, onda o öz formasını itirir.

Çöldən gələrkən, o saat paltonu və ya yun donu asılqana asın. Onların paltarın formasına və ölçüsünə uyğun olması vacibdir. Qısa asılqan qolları dartıb uzadar, uzun – onlarda batıqlar əmələ gətirər.

Yun və ya yarımyun kostyumda parçanın ən çox sürtülən yerlərində pis parıltı əmələ gələ bilər. Siz onun üstünə yaş kətan əsgi qoyub isti ütü ilə ütüləyərək aradan qaldıra bilərsiniz. Dərhal bundan sonra, parça hələ soyumamış, parçanın xovunu cod şotka ilə qaldıraraq işıldayan hissəsini təmizləyirlər.

Parıltını götürmək üçün parıldayan hissəni həmçinin benzində isladılmış təmiz əskilə, sonra isə su və naşatır spirtilə (5:1) sürtə bilərsiniz. Bundan sonra üstünə qalın parça qoyub isti ütü ilə ütüləmək lazımdır. Parıltını üç hissə sirkə və bir hissə su məhlulu ilə də aparmaq olar.

Çox parıldayan paltarı benzinlə sürtəndən sonra quru narın yemək duzuna batırılmış əsgi və ya rezin süngərlə sürtün.

Kişi kostyumlarının təmizlənməsi
Kostyumu hər gün adi şotka ilə təmizləyin. Qara kostyumda ütüdən əmələ gəlmiş parıltını çayın dəmi ilə, ya da naşatır spirti ilə aparmaq olar.

Nəm kostyumu isti ütü ilə yaş əsgi üzərindən elə ütüləyin ki, o, tam qurumasın, sonra paltarı havada qurudun.
Əgər bayır-baca paltarını, yaxud kostyumu çoxdan geyinməmisinizsə, onda geyinməzdən əvvəl şkafdan çıxarıb naşatır spirtinin zəif məhlulunda (1 stəkan suya 1 çay qa-şığı) isladılmış şotka ilə silib təmizləyin və ütüləyin. Beləliklə, tozu təmizlənmiş paltarın rəngi açılar, şux görkəm alar.

Müxtəlif Materialdan Olan Paltarların Təmizlənməsi


Zamşa
Yeni zamşa paltarlarını geyməyə başlayanda onu tozsoranla təmizləmək lazımdır ki, üstündə dərinin emalı zamanı əmələ gələn toz yox olsun.

Vaxtaşırı və ən əvvəl yaxalığı, qolları və cibləri təmiz rezinlənmiş balaca parça, yaxud cod süngərlə təmizləmək lazımdır.
Yaş zamşa paltarını isti otaqda, yaxud qızdırıcı cihazların yanında yox, asılqanda adi otaq havasında qurutmaq lazımdır.
Zamşadan olan malları yalnız tərs üzündən quru əsgini üstünə qoyub, ütünün termorequlyatorunu minimal temperatura qoyaraq ütüləyirlər. Ütüləməni qurtaranda onu şotka ilə təmizləyirlər.

Zamşadan olan şalvarı (eləcə də yubkanı) yalnız beldən asırlar ki, bükük əmələ gəlməsin. Zamşa paltarındakı parıldayan bükükləri ən narın sumbata kağızı ilə sürtmək olar.

Zamşanı buxar üstündə tutsaz və sonra rezin şotka ilə təmizləsəz, paltar təzə görkəm alar.

Dublyonka
Qalın qoyun dərisindən olan dublyonkanı yaxşısı bu dur ki, camaşırxanaya verəsiniz, nazik dublyonkaları isə özünüz təmizləyə bilərsiniz – sabunlu məhlula naşatır spirti əlavə etməklə. Bununla belə, əsgini tez-tez dəyişmək lazımdır.
Təmiz dublyonkanı qurumaq üçün asın, qoyun dəri si quruyanda isə onu əllərin içində, dəri yumşaq olana qədər, yaxşıca ovuşdurmaq lazımdır.

Dublyonkaları heç vaxt polietilendə saxlamayın, onda dəri «nəfəs almır» və xarab ola bilər.

Xəzlər
Yaxalıqlarda, papaqlarda, mantoda olan təbii xəzləri müntəzəm olaraq şotka ilə daramaq, kirlənmiş yerlərisə soyuq suya bir az yuyucu toz (enzimlərsiz) qatıb, onda süngəri isladıb silmək lazımdır. Sonra xəzi təmiz nəm əsgi ilə silib qurudurlar.
Tozlanmış kürkü (şubanı) nazik çubuqla yüngülcə çırpın. Əgər toz çox yığılıbsa, kürkü mələfənin üstündə xəz tərəfilə aşağı qoyub daha cəhdlə çırpın.

Ağ xəzi kraxmalla təmizləmək yaxşıdır, parıltı vermək üçünsə onu sirkə essensiyasında isladılmış əskilə silin.
Çəpişdən hazırlanmış geyimləri sabunlu soyuq su ilə yuyurlar, sonra yaxalayırlar və qurudurlar.
Yağışın və ya qarın altına düşmüş kürkü çırpın və isti sobadan, yaxud batareyadan uzaq yerdə səliqə ilə asılqana asın.
Yaş xəzi günün altında və odun üstündə qurutmayın. Kürkü ağardılmış di-varın yanında asmayın, çünki əhəng xəzi korlayır. Xəz quruduqda, kürkü möhkəm çırpın, amma şotka ilə daramayın. Bahalı təbii xəzdən olan geyimləri şotka ilə təmizləmək tövsiyə edilmir. Onları yaxşıca çırpmaq və tükünü seyrək daraqla daramaq lazımdır, bundan sonra səliqə ilə ağ pambıq parçaya büküb saxlamaq lazımdır. Bunu ona görə edirlər ki, xəz kənar qoxuları çox tez canına çəkir.

Ağ xəzi saralmaqdan qorumaq üçün məsləhət görürük ki, onu yayda göy rəngli torbada yaxud çexolda saxlayasınız.
Pırtlaşmış xəzi əvvəlcə süngərlə isladın, sonra isə ehtiyatla darayın, qurudun və çırpın.

Xəzli geyimlərdən yağlı ləkələri belə aparmaq olar: təmizlənmiş benzində isladılmış əskilə xəzi bir istiqamətdə silmək lazımdır. Ləkələri yuyucu tozun məhlulu, yaxud sabun köpüyü ilə də yuyub təmizləmək olar. Məhlulu, yaxud köpüyü dərini yaş etməyərək, şotka ilə xəzə hopdururlar, sonra ləkə olan yeri otaq temperaturundakı su ilə yuyurlar və qurudurlar.
Xəzdən hazırlanmış geyimləri sərin yerdə asılmış vəziyyətdə tünd çexollarda saxlayırlar. Həmin geyimlərin asılacağı şkaf əvvəlcədən yaxşı-yaxşı təmizlənməli və havası dəyişilməlidir. Şkaf gen-bol olmalıdır, əks halda tük əziləcək. Kürkün ciblərinə və yaxalığın altına güvədən qoruyan – cunaya tikilmiş naftalin yaxud başqa vasitə qoyun. Kürklərin üstünə naftalin səpmək olmaz.

Süni xəzi yuyucu tozla yumaq olar. Kürkü yaxşı-yaxşı yaxalayıb mələfəyə bükün, sonra isə onu düzəldin və asılqanda qurudun. Ağ sintetik xəzi yumadan sonra lilləmək olar. Süni xəzə güvə düşmür.

Dəridən olan paltar
Dəridən olan paltarı polietilen paketlərdə saxlamaq olmaz, çünki o, nəfəs almalıdır. Ən yaxşısı odur ki, onun üçün pambıq və ya kətan parçadan torba tikəsiniz.

Dəri məmulatını sabunlu su ilə təmizləmək olar, sonra gənəgərçək yağın-da, vazelində, yaxud qliserində isladılmış əskilə silmək lazımdır. Heç bir vəchlə təmizləmək üçün benzindən, asetondan, yaxud tərkibində əridicilər olan maddələrdən istifadə etməyin – onlar dərini yağsızlaşdırar və xarici görünüşünü xoşagəlməz edər.
Əgər sizin paltarınız çox zərif və çox qəşəng dəridən tikilibsə, onda ona əzəli görkəmi vermək üçün, yaxşı olar ki, eyni miqdarda təzə süd və skipidarla sürtüb təmizləyəsiniz. Ondan sonra ona rəngsiz krem çəkəsiniz və parıldayana qədər şotka ilə təmizləyəsiniz.

Dəri, yaxud laklanmış kəməri bükülmüş şəkildə saxlamaq olmaz: yaxşısı budur ki, onu paltar şkafının içəri qapısından asın və yaxud çox sıx olmayan kələfə yumrulayın.

İstənilən dəri paltara parıltı vermək üçün dərinin üstünü bir az çalınmış yumurta ağında isladılmış flanel əsgi ilə sürtmək kifayətdir.

Papaqlara qulluq
Fetr şlyapalarını yumşaq şotka ilə xovun isti mətilə təmizləyirlər.
Fetr şlyapasındakı sürtülmüş, parıldayan yerləri xırdadənəli sumbata kağızı ilə azacıq sürtün. Belə üsulu da yoxlamaq olar: üstünə duz səpin və cod şotka ilə sürtün.
Xəz papağı benzinlə təmizləmək olar. Əsgini benzinlə isladın və xəzin tükü istiqamətində sürtün.
Zamşadan olan papaqlar çox çirkli deyilsə, onları narın duzla təmizləmək olar – lakin bunu çox tez-tez eləməyin, zamşa parıldayar.

Çantalara və əlcəklərə qulluq
Əgər dəri əlcəklər bir az daralarsa, onları bir neçə saatlıq nəm əsgiyə bükün, sonra əllərinizə taxın və bu şəkildə qurudun. Dəri əlcəklər bəzən tərs üzündən solur və əlləri çirklədir. Tərs tərəfdən talk sürtsəniz əlcəklər solmayacaq.
Zamşa əlcəklərini təmizləmək üçün belə qarışıq hazırlayın: yarım stəkan yağsızlaşdırılmış südə yarım çay qaşığı içməli soda və bir o qədər də 10 fa-izli naşatır spriti əlavə edin. Əlcəkləri əllərinizə taxın və hazırlanmış qarışıqla pambıq tamponunu isladaraq, çirklənmiş yerləri silin. Həmçinin zamşa əlcəkləri naşatır spirti və suyun qarışığı ilə (1:4) təmizləmək olar. Təmizlədikdən sonra əlcəkləri təmiz suda isladılmış tamponla silin. Çantadan vaxtaşırı hər şeyi çıxartmaq və astarı təmizləmək lazımdır.

Dəri çantanı nazik dəridən olan ayaqqabı kimi təmizləmək olar, lakin kremi çox nazik qatla çəkin və məxmər parça ilə yaxşı təmizləyin. Çox çirklənmiş çantanı sabun köpüyündə isladılmış tamponla siləndən sonra şotka və kremlə silin və parıldadın.


Tarix: 28.12.2012 / 17:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 744 Bölmə: Praktik meslehetler