Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Praktik meslehetlerXörəyi nədə bişirək?

[color=#039b80]Qablar və onların yeməyə təsiri.

Emallı qab
Çuqun və dəmirdən hazırlanıb, üzərinə 2-3 lay emal çəkilir. Belə qabda yemək tez yanır və çətin təmizlənir. Bişirməyə başlamazdan əvvəl mütləq bir neçə dəfə soyuq su ilə yaxalanmalıdır. Emalı qopmuş qazanda yemək bişirmək, xüsusən, süd qaynatmaq olduqca təhlükəlidir.

Alüminium qab
Artıq bir çox ölkələrdə bu materialdan olan qablar istifadə olunmur. Qabın tərkibindəki alüminium tədricən yeməyə qarışıb, orqanizmə keçir. Belə qazanın dibinə yemək tez yapışır, təmizlənməsi çətinlik yaradır. Evdar xanımlar qalıqları təmizləmək üçün dəmir sürtgəcdən istifadə edirlər ki, bununla da qazanın dibi cızılır. Cızılmış hissədən alüminium metal tozları asanlıqla yeməyə keçir və insanın bu metalla zəhərlənmə Ardı »

Praktik meslehetlerZinət Əşyalarına Qulluq

[color=#a476af]Zinət əşyalarını xüsusi qutularda və ya hər birini ayrı bir yumşaq parçaya bükülmüş vəziyyətdə saxlamaq lazımdır. Qiymətli daşlar qızıl və platindən daha bərkdirlər, və zinət əşyaları bir yerdə saxlandıqda daşlar i metalları cıza bilərlər.

Zinət əşyaları müntəzəm taxıldıqda onların 1 görünüşü korlana bilər. Onları çirkdən və zədələrdən qorumaq üçün hər bir ev işlərini görərkən və həmçinin kosmetik vasitələrdən (krem, losyon, ətir və s.) istifadə edərkən mütləq çıxartmaq lazımdır. Çünki möhkəm zərbə və ya kimyəvi vasitələr hətta ən möhkəm zinət daşlarını belə zədələyə bilər. Çalışın bahalı zinət əşyalarını ancaq xüsusi günlərdə taxasınız.

Adi günlərdə isə gümüş əşyaları və ya bijuteriya taxa bilərsiniz. Yeri gəlmişkən, Ardı »

Praktik meslehetlerSoyuducu təmizliyində incə sirlər

Soyuducuda unudulan yeməklər, qapağı açıq qalan qidalar, meyvə və tərəvəz bölməsində çürüməyə başlamış meyvə və tərəvəzlər soyuducuda narahat edici bir qoxu yaradır.
Soyuducudakı pis qoxular bir çox insanı narahat edər.



Bu qoxunu necə aradan qaldırmaq olar? Budur,Qadin.az da soyuducu təmizliyinin incə nöqtələri ...

1) Əməliyyatlara başlamadan əvvəl soyuducunu şəbəkədən ayırın.

2) Soyuducunu tamamilə boşaldın.

3) Soyuducuda pozulacaq məhsullar varsa bunları buz dolu bir qabın içində saxlaya bilərsiniz.

4) Bir ləyənə ilıq su qoyun və içinə yarım fincan soda qoyub qarışdırın.

5) Bütün çıxarıla bilən hissələri çıxararaq hazırladığımız ilıq su soda qarışığı ilə silin.

6) Soyuducunun içini də hazırlanmış sodalı məhlul ilə silin.

Pis qoxunun qarşısının alınması:
Ardı »

Praktik meslehetlerPəncərə və qapıların yuyulması

[color=#173bd3]Pəncərələri isti və küləkli havada yumaq məsləhət görülmür – bu halda şüşələr çox tez quruyar və onların üzərində rəngbərəng izlər qalacaq.

Ağacdan olan pəncərə çərçivələri və qapıları ağacdan hazırlanan mebel kimi təmizləyirlər. İsti su, xlortəkribli vasitələr və s. istifadə etmək olmaz. Çox çirklənmiş pəncərə çərçivələri və qapıları sabunlu suda isladılmış əsgi ilə, sonra təmiz nəm əsgi ilə silirlər. Belə qapı və pəncərələri yuyucu toz qatılmış ilıq su ilə yumaq olar.
Pəncərə çərçivələrini əvvəlcə içəri tərəfdən yumaq lazımdır.

Pəncərə şüşələrini yumaq üçün 3 pambıq parça lazım olacaq, çalışın o əsgiləri başqa tələblər üçün istifadə etməyəsiniz. Birinci əsgi ilə şüşələri yuyucu toz qatılmış su Ardı »

Praktik meslehetlerJalüz və Pərdələrə Qulluq

[color=#173bd3]Jalüz və qalın pərdələri tez-tez təmizləməyə ehtiyac olmur. Onları yalnız lazım gəldikdə təmizləyirlər. Lakin onlara heç qulluq edilmədikdə onların üzərində səhhətimiz üçün təhlükəli olan toz yığılır. İstənilən tipdə olan jalüzləri (plastikdən, dəmirdən, parçadan, taxtadan olanları) və qalın pərdələri həftədə bir dəfə tozsoranla təmizləmək lazımdır. Onları yığılmış halda deyil, bağlı saxlayın ki, bütün səthi yaxşı təmizlənsin. Jalüzi və pərdələri təmizləmək üçün yuyan tozsoran daha əlverişlidir.
Əgər metaldan və ya plastikdən olan jalüziniz çox çirklənibsə, onları yusanız yaxşı olar. Yumadan əvvəl onları tozsoranla təmizləyin,

sonra bir neçə damcı qablar üçün olan yuyucu vasitə əlavə edilmiş suda isladın. Jalüzləri yuduqdan sonra onları əsgi və ya Ardı »

Praktik meslehetlerŞərab necə saxlanılır?

[color=#fe5e5e]Dekorasiya, müalicə ən əsası isə içki kimi istifadə edilən şərabı uzun müddət saxlamaq istəyirsinizsə ilk növbədə onun üçün doğru yer seçməlisiniz. Ancaq onu uzun müddət saxlamağa qərar vermisinizsə saxlama müddətinə diqqət yetirin.

Şərab üçün doğru mühit yaratmaq üçün ipucları:
Saxlanıldığı yerdə havanın temperaturunun 21 dərəcədən aşağı olması vacibdir.
Hər hansı bir qızdırıcıdan və ya günəş işığından mütləq uzaqda olmalıdır.
Sirkələnən yerdə saxlanılması arzuolunan deyil.

Hətta mebel satılan yerlərdə xüsusi olaraq şərab saxlamaq üçün müasir dillə desək “mini barlar” satılır. Bu “barlar”da 70, 100-ə yaxış şüşə saxlamaq mümkündür.

Bu şkaflarda temperaturu nizamlayıb, şərablarınızı ən uyğun şəkildə illərlə qorumaq olar. Hətta şərab qaldıqda rənglərini belə dəyişir, bu isə çox Ardı »

Praktik meslehetlerLəkəni necə təmizləməli

[color=#f82e00]Paltarları ləkələnməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamilə yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.
Üst paltara ləkə əksər hallarda yağ, xörək, konserv, qənd, şərab, meyvə və s. bu kimi yeməli şeylərdən düşür. Qab-qacaqdan diqqətli istifadəniz və yeməyi səliqə ilə yeməyiniz paltarınızı ləkələrdən qoruya bilər. Buna həm özünüz riayət edin, həm də bunu uşaqlarınıza öyrədin.

Paltara ləkə çox vaxt xörək bişirərkən düşür. Buna görə də iş görəndə mütləq önlük taxın. Əxlaq qaydalarına görə, qadın oturarkən paltarını və ya paltosunu qaldırmamalıdır, lakin oturduğu yerin təmiz olub-olmadığını diqqətlə yoxlamaqdan Ardı »

Praktik meslehetlerMebelə qulluq

[color=#173bd3]Cilalanmış mebel
Cilalanmış mebelin tozunu hər gün silmək lazımdır. Cilalanmış mebelə su vurmaq olmaz. Belə mebellə ehtiyatlı olmaq lazımdır, çünki spirt, odekolon, ətir, dırnaq lakından düşmüş ləkələri ev şəraitində təmizləmək olmur.

Hal-hazırda mağazalarda mebeli təmizləmək üçün çoxlu sayda aerozol preparatları var. Onların içərisində ən yaxşıları antistatik effektilə olanlardı, çünki belə preparatlarla təmizlənmiş mebel uzun müddət toz götürmür.

Laklanmış səthdən sudan qalan ləkəni aparmaq üçün onun üstünə bir az un səpib, maşın yağı hopdurulmuş parça ilə ləkə yox olana kimi silib təmizləmək lazımdır.
Əgər hamar stolun üstünə isti ütü, yaxud çaydandan ləkə düşübsə, xörək duzuna batırılmış pambıq götürün, onu bitki yağı ilə isladın və Ardı »