beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çörəyi beləcə qoruyun

Ağ çörək ilə qara çörəyi bir yerdə saxlamayın. Əks təqdirdə qara çörəyin qoxusu ağ çörəyə hopar. Beləliklə də ağ çörəyin ətri və dadı dəyişib korlanar.

Quru çörəyi yumşaltmaq üçün onu bir dəqiqəliyə suya yaxud daha yaxşı olar ki, südə salıb sonra 2-3 dəqiqəliyə isti fırına qoyasınız.
Yaxud qara çörəyi qazana yığıb qapağını örtdükdən sonra üstdən dəsmal ilə möhkəm sarıyıb bağlayaraq 10 dəqiqə müddətində başqa qazanda qaynar suyun içərisində saxlamaqla da yumşaltmaq olar.

Çörəyin uzun müddət ətirli və ləzzətli olması üçün onu saxladığınız şirli qazanın dibinə azca vanilin səpərək qapağını sellofan ilə örtüb basdırın.

Suxarı yaxud quru çörək təzə çörəyə nisbətən mədə şirəsinə daha yaxşı məruz qalır. Beləliklə də asanlıqla həzm olunur.
Hipertoniya, böyrək və ürək-damar xəstəlikləri, həmçinin həkimin duz qəbulunu qadağan etdiyi başqa xəstəliklər zamanı duzsuz, şit çörək məsləhət görülür.

Yumşaq, isti çörəyin nazik doğranması və ovulmasının qarşısını almaq üçün bıçağı tez-tez qaynar suya salmaq lazımdır.


Tarix: 28.12.2012 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: Praktik meslehetler