beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşitmə qabiliyyətini necə qoruyaq?

Müasir dövrümüzdə demək olar ki, hər bir yeniyetmə MP3 pleyerlərin qulaqlıqlarından istifadə edir.
Məhz bu cihazlar gələcəkdə eşitmə qabiliyyəti üçün mənfi təsir göstərir. Bu rəqəmsal format üçün istifadə olunan səs yığımı alqoritmi, qulaqları çox yorur. Müəyyən zamanadan sonra insana elə gəlir ki, ilk dəfə təyin olunmuş səsin ucalığı kifayət qədər deyil və getdikcə səsin səviyyəsini yüksəltməyə davam edir. Bu proses sonda eşitməni daha da zəiflədir.
Avropada MP3 pleyerlərin istifadəsi daha öncə başladığından, artıq ciddi tibbi normalar təyin olunub. İstehsalçıya səsi 100 desibeldən yüksək olan aparatın istehsalı tövsiyə olunmur. Bu kimi cihazlararın (Mp3 pleyerlər) üzərində «Ehtiyyatlı olun, sağlamlığınıza ziyandır» kəlməsi yazılmadığından, bu problemlərlə qarşılaşan uşaq və yeniyetmələlərin valideynləri maraqlanmalıdır.
Musiqi qulaqlıqlar vasitəsilə dinləndikdə, qulağa olan təsirini aydınlatmaq üçün misal gətiririk: havaya qalxarkən təyyarənin çıxartdığı səs — 130 desibel, göy gürultusu — 110 desibel, qatar — 90 desibel yüksəkliyində səs çıxardır. Çox hallarda uşaqlar musiqiyə, bu parametrləri keçən yüksəklikdə qulaq asırlar. Həkimlər idia edirlər ki, səs 80 desibeli keçdikdə təhlükəli sayılır. Qulaq, bu səviyyədə, hər gün rastlaşdığımız küçə həyatı və ya otkəsən maşının səsini müəyyən müddətlik idarə edə bilər, lakin hər gün qulaqlıqda saatlarla sərt ritmli musiqiyə qulaq asdıqda, yaxın zamanda eştmə qabiliyyətinin nə vəziyyətə düşəcəyi məlumdur.
İnsanın eşitmə apparatı çox incədir. Səsin gücü 80 desibeldən yüksək olduqda, orta qulaqda yerləşən sinir çıxıntıları hissiyatı itirir.Yarı hissəsi hissiyatı itirdikdə bu o qədər hiss olunmur, lakin yarıdan çox hisəsi olduqda insan artıq yarpaqların xışıltısı, arıların səsi kimi səsləri eştməkdən məhrum olur. 30000 çıxıntının hamısının hissiyatı itirldikdə isə insan təmamilə səs eşitmir.
Təbii ki, hər bir orqanizm individual olduğundan, hər birimizin bu ziyanlı təsirə müdafiə gücü də fərqlidir. Lakin, ümüumi tendensiya belədir ki, bugünün 15 yaşlıları eşitmə qabiliyyətinə bu qədər ziyan vurub, ehtiyyatlı davranmasa, 30 yaşa çatdıqda bu hissi itirmək təhlükəsindədirlər.
Nəzərə alın ki, son 100 ildə böyük şəhərlərdə gündəlik səsin səviyyəsi 7 dəfə artıb. Bununla bərabər qulaqlara əlavə yüksək səslə ziyan vurmaq nəinki eşitmə qabiliyyətinə həmçinin bütün orqanizmə ziyanlıdır. Uzun müddətli yüksək səsin təsiri zamanı, baş beyin qabığının hüceyrələri həddən artıq həyəcanlanır (qızğınlaşır), bu isə onun iş qabiliyyətini pozur. Bu isə öz növbəsində həm eşitmənin dəqiqiyini azaldır, həm də orqanizmin tez qocalasına səbəb olur.
Artıq neçə ildir ki, Amerikanın neyroxirurqları, pop musiqiyə qulaq asan yeniyetmələrin əziyyət çəkdiyi ritmik toksikoz xəstəliyini tədqiq edirlər. Onların fikrinə görə məhz klassik musiqi hər bir insan üçün münasib sayılır. Bunun səbəbi odur ki, bu melodiyalarda təbii bioloji ritmlər nəzərə alınıb. Mosart, Vivaldı və Baxın bir çox əsərləri ürək döyüntüsünə uyğun olan ritmə malikdirlər. Bu 1 dəqiqədə 60 zərbə (vuruş) sayılır. Bu musiqilər immun sistemi zədələmir və eşitmə qabiliyyətinə ziyan vurmur, əksinə bu musiqini dinlədikdə qulaq pərdəsinin elastikliyi qorunur.
Çalışın sağlamlığınız üçün təhlükəli olan ziyanlı vərdişlərdən uzaq olun…


Tarix: 26.01.2015 / 11:21 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Otolorinqologiya