beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xroniki tonzillit

LOR: Xroniki tonzillit
| 10 Dekabr 2008 Seçilmiş xəbərlərə əlavə et

Xroniki tonzillit - damaq badamcıqlarının xroniki iltihabıdır. Xəstəlik təkrar anginalar və digər xroniki iltihab xəstəlikləri (rinit, faringit, qaymorit və s.) nəticəsində inkişaf edir. Proses əsasən badamcıqların çökəklərində inkişaf edir. Çökəklərdə bakteriyalar, leykositlər və bəzən qida kütlələri ilə birgə qatılaşan və yığışan epiteliyalar çirkli və ya üfunətli kəsmikvari kütləyə çevrilirlər.

Simptomlar və gedişat

Xəstə adətən badamcıqlar nahiyəsində göynəmə, qıcıqlanma hiss edir, ağızdan pis iy gəlir, udqunmada (bəzən qulağa ötürülən) ağrılar baş verir. Çox vaxt xəstəlik hərarətin uzunmüddətli azacıq qalxması ilə müşaiyət olunur. Prosesin uzunmüddətli gedişatında damaq badamcıqları boşalırlar və yarılırlar.

Şpatellə toxunduqda badamcıq çökəklərindən üfunətli irin ayrılır. Adətən xəstənin iş qabiliyyəti aşağıdır, tez-tez baş ağrıları olur, xəstə asanlıqla soyuqdəymə xəstəliklərinə yoluxur. Tonzillit demək olar ki, somptomsuz keçdiyindən xəstələr heç bir şeydən şikayət etmirlər və nəticədə ürək, böyrək, oynaq xəstəlikləri ağırlaşmaları ola bilər.

Diaqnoz

Xroniki tonzillitin ən xarakterik əlamətləri bunlardır: tez-tez təkrarolunan anginalar, cökəklərdə tıxaclar, agızda xoşagəlməz iy, badamcıqların ətraf toxumayla birləşməsi, boyunönü limfatik vəzlərin böyüməsi.

Müalicə

Yüngül formalı tonzillitin müalicəsində konservativ üsullardan istifadə olunur. Badamcıqların səthini dezinfeksiyaedici məhlullarla yuyurlar və sonra çökəkliklərə lyuqol məlhəmi qoyurlar. Fizioterapevtik prosedurlar təyin edirlər: UYT, tubus, kvars, UFŞ, lazer terapiyası. Aparılan terapiya bir nəticə vermədikdə badamcıqları kəsib götürürlər.


Tarix: 19.01.2015 / 16:06 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Otolorinqologiya