beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boğaz ağrısnı azaltmağın yolları

Qloballaşan dünyada inkişaf sürətlə olduğundan günümüzdə əksəriyyət insanlar o, qədər də sağlamlıq problemləri ilə üzləşmirlər. Buna təsir göstərən amillərdən biridə maarifləndirmə istiqamətində görülmüş işlərdir. Bir çox internet mənbələrində verilən məlumatlarda da bu istiqamətdə kifayət qədər maarifləndirici xəbərlərlə rastlaşırıq. Bu məlumatlarda digər xəstəliklər kimi boğaz ağrısı xəstəliyini də azaltmağın yolları sadalanıb.
Boğaz ağrısı, əksəriyyət hallarda udqunan zaman boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Yuxarıda qeyd olunduğu kimi bu ağrının əsas əlaməti faringitdir. Amma "boğaz ağrısı" və "faringit" terminləri tez-tez bir-birlərinin yerinə istifadə edilir. Boğaz ağrısının ən məşhur səbəbi, soyuqdəymə və ya qrip hesab olunur. Bir virusun səbəb olduğu boğaz ağrısı, ümumiyyətlə evdə baxılma ilə özbaşına keçər. Boğaz ağrısının daha az görülən bir digər səbəbi bakterial infeksiyalar hesab olunur. Buda antibiotik müalicəsi tələb edir. Boğaz ağrısının digər səbəbləri isə kompleks bir müalicəni tələb edə bilər. Tibbdə faringit olaraq tanınan boğaz ağrısı boğazın iltihablanması nəticəsində formalaşaraq mikroblar və maddələr mübadiləsində olan müxtəlif problemlər nəticəsində ola bilir.
Boğaz ağrısı hər yaşda insanlar arasında görülən problemlər arasındadır. Amma ən çox 4-7 yaş arası uşaqlarda boğaz ağrısına daha çox rastlandığı bildirilir.
1 yaş altı uşaqlarda isə boğaz ağrısı çox nadir olaraq görülən vəziyyətlər arasındadır. Boğaz ağrısı bəzi hallarda təhlükəli ola bilər və tədbir alınması vacib hesab olunur. Məsələn bakteriya ilə bağlı boğaz ağrısı varsa bu yüksək temperatura gətirib çıxara bilər. Yüksək qızdırma nəticəsində 40 dərəcəyə kimi temperatur yüksələ bilər. Bu zaman boğaz ağrısının müəyyən əlamətlərinə səs batıqlığı, öskürək, boğazda yüngül yanma hissi, yorğunluq, nəfəsdə qoxu, tozlu mühitdə problem yaşanması kimi vəziyyətlər aiddir. Boğaz ağrısı ümumiyyətlə 1-2 gün müddətində tədbir görməklə keçə bilər. Antibiotiklər boğaz ağrısının müalicəsi üçün müsbət təsir edir və xəstəliyin qısa müddətdə keçməsini təmin edir.
Soyuqdəymənin gətirib çıxardığı boğaz ağrısı, aşağıdakı bu tətbiqlərlə bir az azaldıla bilər:
- Maye alımınızı artırmaqla (Ballı isti çay, bilinən bir xalq təbabətidir);
- Yataq otağınıza bir nəmləndirici və ya buxar qaynağının olmasını təmin etməklə;
- Duzlu su ilə gündə bir çox dəfə boğazınızı qarqara etməklə (Yarım stəkan suya dörddə bir şorba qaşığı duz qoymaqla);
- Yüngül ağrı kəsicilər istifadə etməklə;
- Boğazı keyidən pastillərdən istifadə etməklə.
Xalq təbabətində boğaz ağrısına bir sıra məhsullar faydalı hesab olunur. Bəlğəmotu boğaz ağrısına yaxşı gəlmə istiqamətində olduqca təsirli hesab olunur.
Bunun həm köklərini, çiçəklərini və yarpaklarından istifadə edərək bu problemin həllini tezləşdirmək olar.
Adaçayı da boğaz ağrısı üçün olduqca faydalı hesab olunur. Xüsusi ilə ağızda qarqara edilərək istifadə etmək məsləhət bilinir.
Qarqara ediləcək qarışıq nə çox isti nə də çox soyuq olmalıdır. Buna görə normal bədən istiliyinə nail olmaq olacaq.
Pion çiçəyinə sərvi qozası əzilərək qarışdırılır. Bal əlavə edərək mürəbbə formasında qəbul edilməsi ilə sağalması təmin edilir. Hazırlanan cemdən hər yeməkdən əvvəl və sonra 1 şorba qaşığı ilə içmək məsləhət görülür.


Tarix: 19.01.2015 / 15:51 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Otolorinqologiya