beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səs tellərini qorumağın yolları

Səsində problem yaşayan insanlar səsə mənfi təsir göstərən vərdişlərdən uzaq durmalı, gündəlik həyatında normal səsi meydana gətirməyə istiqamətli vərdişlər qazanmalı və səs müalicəsində əsas istiqamətlərdən hesab olunan maye qəbulunu nizamlı olaraq yerinə yetirməlidirlər. Səs tellərinin möhkəm qalması üçün nəmli olması lazımdır. Bunun üçün gündə ən az 2 litr su içilməlidir. Bədəndə artıq su atılmasına səbəb olan çay, qəhvə, kola kimi içkilərdən az istifadə etmək məsləhətdir.
Bəzi ağrı kəsicilər səs telində qanama edə biləcəyindən imkan daxilində az istifadə edilməlidir;
Səs tellərinin qorunmasında siqareti buraxmaq vacibdir;
Spirt sağlamlığa zərərli olmaqla bərabər bədəndən su çəkdiyinə və səsin idarəsini pozduğuna görə istifadə edilməməlidir;
Mədə turşusunun səs tellərinə pis təsir etməməsi üçün bir dəfəyə həddindən artıq yemək yeməyin;
Yatmadan ən az 2 saat əvvəl qida qəbulunu dayandırın;
Mədəyə basqı edə biləcək dar geyimlərdən uzaq olun;
Şokolad, qurumuş giləmeyvələrdən məhdud miqdarda və günün ilk yarısında istifadə etmək məsləhətdir;
Qışqırmaq və yüksək şiddətdə danışmaq olmaz;
Gurultulu mühitlərdə mümkün olduqca danışmayın;
Boğaz təmizləmə hərəkətindən qaçının. Boğazınızda qıcıqlanma olduğu zaman bir miqdar su için;
Səsinizi məcbur edəcək biçimdə fısıltılı danışmayın;
Həddindən artıq yorğunluq, stress halları, hormonal dəyişikliklər əsnasında (menstruasiya kimi) səsinizdən gur istifadə etməyin;
Məclislərdə xitab olaraq danışdıqda və ya mahnı oxuduqda səs istiləşmə işinə diqqət yetirin;
Bütün digər xəstəliklərdə olduğu kimi səs probleminin qarşısının alınması üçün nizamlı bir həyat, balanslı qidalanma və idmanla məşğul olmaq olduqca vacibdir.


Tarix: 19.01.2015 / 15:49 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Otolorinqologiya