beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəniz suyu sinusit xəstəliyinə qarşı xeyirlidir

Məlumata görə aparılan araşdırmalara nəticəsində dəniz suyu və duzlu suyun sinusitin müalicəsinə kömək etdiyi bildirilir.
Bu xəstəliyin həyat keyfiyyətinə mənfi təsir göstərdiyi verilən məlumatda xüsusi qeyd olunub.
Sinusit xəstəliyinin müalicəsində antibiotiklərdən istifadənin faydalı olduğu bildirilsə də, tədqiqatlara görə dəniz suyu müalicəyə köməkçi vasitə olaraq həyat keyfiyyətini artırır.
Verilən məlumata görə Türkiyənin OMÜ Tibb Fakültəsinin qulaq, burun, boğaz xəstəlikləri sahəsində fəaliyyət göstərdiyi bildirilən Prof. Koyuncu bildirib ki, xəstəliyin qaynağı bakteriya olduğu üçün bu xəstəliyə antibiotik müalicəsi ilə başlamaq lazımdır. Bunun xaricində kortizollu burun spreyləri xəstənin burun tıxanmalarının aradan qaldırılmasında böyük kömək göstərir. Xəstə bu sprey və damlalar sayəsində daha rahat nəfəs ala bilər. Ancaq bu damla və spreylərin əks təsirləri də ola bilər.
Bu baxımdan kortizonlu burun spreyləri mütləq istifadə edilməsi lazım olan dərmanlar hesab olunmur. Bu dərmanları uyğun dozalarda istifadə etmək lazımdır.
Araşdırmalara görə dəniz suyu və duzlu su kimi köməkçi müalicələrin burun axıntısını azaltdığı, buruna hava keçməsini artırdığı və xəstənin özünü daha sağlam hiss etməsini təmin etdiyi bildirilir. Ev şəraitində də duzlu su edib burna çəkə bilərik və ya əczaxanalarda satılan dəniz sularını ala bilərik.
Bu tətbiqlərin xəstənin özünü daha sağlam hiss etməsini təmin etdiyi görülmüşdür. Bunun sayəsində xəstə daha rahat nəfəs alıb verir.
Bunun xüsusi olaraq tənəffüsü rahatlaşdırdığı isbat edilmişdir.


Tarix: 19.01.2015 / 15:50 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Otolorinqologiya