beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faringit

Frontit - alın cibinin kəskin iltihabıdır. Kəskin və xroniki formaları vardır. Alın cibinin kəskin iltihabı kəskin rinit, etmoidit, qrip, qızılca, orqanizmin həddən artıq soyuması ilə bağlı ola bilər.

Xroniki frontitin səbəbi alın-burun kanalının keçidinin dayanıqlı olaraq pozulmasıdır. Buna burun çəpərinin əyriliyi, burun polipləri, orqanizmin immunitetinin aşağı düşməsi, ziyanlı iş şəraiti (tozlu və ya qazlı binada iş).

Alın boşluğunun selikli qişasına daxil olan infeksiya kataral və ya irinli iltihab törədir. Bu dəyişikliklər özlərini qızartı, şişkinlik, selikli qişanın qalınlaşması və şişməsi, selik-irin ifrazatı olur.

Alın-burun kanalının nisbətən dar olması səbəbindən boşluqdan selik ifrazı tez bir zamanda pozula bilər. Xroniki frontitin irinli formasında əvvəlcə selikli qişa, daha sonra isə sümük zədələnir.

Simptomlar və gedişat

Xəstə alın nayihəsində lokal ağrıdan, baş ağrısından, burunun uyğun tərəfindən irinli ifrazatdan şikayət edir. Bəzi hallarda, xüsusən alın boşluğundan ifrazatın çətinləşməsində, ağrılar yüksək dərəcəyə çatırlar.

Bu hallarda göz ağrıları, işıqdanqorxma, gözyaşları olur. Hərarət yüksəlir. Burundan tənəffüs çətinləşir. Alın cibinin proyeksiyası nahiyəsində (alın, üst göz qapağı, gözün üstdaxili küncü) dəri çəhrayı, şişmiş, əl vuranda ağrılı olur. Prosesin xroniki gedişatında alın boşluğundan seliyin ifrazı pozulanda gözün daxili küncündə irin əmələ gələ bilər.

Diaqnoz

Alın nahiyəsində ağrılar, baş ağrısı, alın boşluğu proeksiyasına əllə toxunduqda ağrılar, burundan irinli ifrazat, rinoskopiya (buruna baxış), alın boşluğunun rentgenoqrafiyası.

Müalicə

Konsevativ üsullardan istifadə olunur. Damarbüzüşdürücü məhlullardan (qalazolin, naftizin və s.) istifadə olunur. Hərarət yüksəldikdə antibiotik yazılır. Boşluğu ultrayüksəktezlikli qurğu ilə qızışdırırlar, ozokerit, parafindən istifadə edirlər. Baş ağrılarında analgin, aspirin məsləhət görülür. Konservativ üsullar kömək etmədikdə cərrahi müdaxilə labüddür.


Tarix: 19.01.2015 / 16:07 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Otolorinqologiya