beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Otalarinqologiyada stomatit

Stomatit — ağız boşluğunun selikli qişasının iltihabı xəstəliyidir. Selikli qişanın zədələnmə dərəcəsindən asılı olaraq səthi — kataral, aftoz, və dərin — xoralı, nekrotik stomatitləri olur.

Stomatitin inkişafında böyük rolu infeksiyalar oynayır.Stomatitin törədiciləri Streptokokklar, stafilokokklar, nadir hallarda viruslar, fuziform spirillası, göbələklər ola bilərlər. Bəzi hallarda stomatitlər bakterial və dərman allergiyalarından törənə bilər.

İnfeksiyanın giriş qapısı ağ boşluğunun selikli qişasıdır, xüsusən də mexaniki zədələnmələrdən sonra. Xəstəliyin törədicisi hava-damcı və ya qida ilə ağız boşluğuna düşür. Ağız boşluğu toxumalarının müqaviməti aşağı olanda çoxalırlar və selikli qişanı zədələyirlər.

Simptomlar və gedişat

Xəstəlik qida qəbulunda ağrılarla müşaiət olunur. İştah düşür, dadbilmə pozulur, tüpürcək ifrazı artır. Dil-dodaq quruyur, dodağın kənarları çatlayır.

Kataral stomatitdə selikli qişa tünd-qırmızı, azacıq şişkin olur (xüsusən də damaqda), tez –tez qanayır. Aftoz stomatit — xəstəliyin daha ağır formasıdır — qızdırma-infeksiya xəstəliyin simptomları kimi xarakterizə olunur.

Ağız boşluğunda yerli dəyişikliklərdən 2-3 gün əvvəl hərarət 39-40°С olur. Alt dodağın içəri səthində, dilin yanlarında, yanaqlarda qırmızı rəngdə, dibi batmış dairəvi və oval formada ləkələr (sarı-boz təbəqə ilə - aftla örtülmüş) olur. Aftlar tünd-qırmızı xətlə əhatə olunurlar. Onlar çoxsaylı və tək ola bilərlər. Çənəaltı limfatik vəzlər böyüyür.

Diaqnoz

Aşağıdakı simptomlarda diaqnoz qoyulur: güclü tüpürcək ifrazıı, ağızda ağrılar, ağız boşluğunun selikli qişasının tünd-qırmızı və şişkin olması, dairəvi eroziyalar, sarı-boz təbəqələşmə.

Müalicə

Qida süzgəcdən keçirilməlidir, acı, duzlu, turş olmamaq şərtilə sulu olmalıdır. Ağız boşluğunu gündə 5-6 dəfə dezinfeksiyaedici məhlullarla qarqara edirlər (furasillin, kaliy permanqanat).


Tarix: 19.01.2015 / 16:07 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Otolorinqologiya