Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xorultu

Xorultu bir səs fenomenidir və sıxılmış tənəffüs yollarından hava cərəyanının keçməsində udlağın yumşaq hissəciklərinin bir-birinə toxunması nəticəsində baş verir. Əhalinin yaşlı hissəsinin 30 %-i, 60 yaşdan yuxarı isə 60 %-i xoruldayır.

Xorultu bir səs kimi daha çox ətrafdakılar üçün sosial problemdir, nəinki adamın özü üçün. Lakin xorultu yuxu vaxtı nəfəsin dayanması kimi ciddi xəstəliyin əsas simptomlarından biridir (yuxuda obstruktiv apnoe sindromu).

Xorultu burun çəpərinin əyriliyində, burun boşluğu və udlağın anadangəlmə dar olması, burunda poliplərin olması,qırtlağın uzun olması, alt çənənin geriyə dartılması və ya balaca olması (dişləmənin pozulması), badamcıqların böyüməsi, köklük.

Xorultuya udlaq əzələlərinin tonusunu azaldan digər funksional faktorlar və xəstəliklər də gətirirlər: Yuxu çatışmamazlığı və yorğunluq, alkoqol qəbulu, yuxu gətirici preparatlar, siqaret, qalxanabənzər vəzlərin funksiyalarının azalması, menstruasiyanın kəsilməsi, qocalıq. .

Bütün bunlar tənəffüs yollarının sıxılmasına və yuxuda nəfəs alarkən xarakterik səslərin yaranmasına səbəb olurlar. .

Simptomlar və gedişat

Xroniki xorultunun yaranmasının əsas səbəblərindən biri gündüzlər yuxulu olmaqdır, çünki xorultu beyinin tez-tez mikrooyanmalarına səbəb olur. Bu yuxunun pozulmasına gətirir. Orqanizm və beyin gecə istirahət etmirlər. Gecə itkilərini kompensasiya etmək üçün beyin gündüz yatmaq istəyir.

Xorultunu müalicə etmək lazımdır, xüsusən də, əgər yuxuda obstruktiv apnoe sindromunun ilk əlamətləri olarsa, məsələn, narahat səthi yuxu, tərləmə və sayı çoxalmış gecə sidiyin ifrazı, səhərlər əzginlik və baş ağrıları, qəfil gündüz yuxulamaları, əsəbilik, yaddaşın və diqqətin azalması.

Diaqnoz

Xorultu diaqnozu asanlıqla qoyulur.Bunun üçün qohumlardan soruşulur və skrininq testləri aparılır. Lakin, yuxuda obstruktiv apnoe sindromu diaqnozunu qoymaq üçün köməkçi instrumental üsullar da vardır. Xəstələrə polisomnoqrafiya – yuxuda tənəffüs və ürək – damar sistemlərinin araşdırılmasını təyin edirlər.

Xorultusu olan xəstələr otolarinqoloqa və nevropatoloqa müraciət etməlidirlər.

Müalicə

İmkan daxilində xorultunun səbəbini aradan götürmək lazımdır. Xəstələr risq faktorlarından uzaq olmalıdırlar: yatmazdan qabaq siqaret çəkməmək və alkoqol qəbul etməmək.

Xorultunun və yuxuda apnoe sindromunun müxtəlif konservativ və cərrahi üsulları vardır.

Konservativ üsullar tənəffüs yollarının genişlənməsinə yönəlirlər. Xəstələr yatmaq üçün düzgün vəziyyət almalıdırlar. Həmçinin xüsusi ağızdaxili vasitələr vardır ki, xorultu əmələ gəlməsinin qarşısını alır. Xorultunu azaltmaq üçün xəstələr xüsusi tapşırıqları yerinə yetirməlidirlər.

Xorultunun cərrahi korreksiyasından və yuxuda apnoe sindromunda burundan nəfəsalmanı yaxşılaşdırmaq üçün, yumşaq damağın və limfa əmələ gəlmələrinin ölçüləri kiçildilir. Bu əməliyyatlar adətən lazer, ultrasəs və ya mexaniki skalpel vasitəsilə həyata keçirilir.

Həmçinin tənəffüs yollarında müsbət təzyiq yaratmaqla stasionarda müalicə etmək mümkündür.


Tarix: 19.01.2015 / 16:06 Müəllif: Aziza Baxılıb: 294 Bölmə: Otolorinqologiya
loading...