beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Gerek özünü Tanıtmayaydın

Sen gerek özünü tanıtmayaydın,
Mene bu üzünü tanıtmayaydın.
Yene de heyatı senden umaydım,
Ele bileydim ki,dünyada teksen.

İllerin ömrümden apardığını,
Ele bileydim ki,getireceksen.
Bahar gözleyirdim yene de qışdır,
Bir arzu,bir ümid öldürmekdense,
Aldana-aldana yaşamaq xoşdur.
Sen gerek özünü tanıtmayaydın...

Sene baxa-baxa senin üzünde
Görünür özgeni sevmişem onda.
Her titrek sözümü senin gözünde
Yeqin başqasına demişem onda.

Hissin xumarında yumub gözünü 
Onda mehebbetim yuxulu imiş.
Sonradan oyanıb,onda bilib ki,
Suyun lal axanı qorxulu imiş,
Sen gerek özünü tanıtmayaydın.

Sen gerek özünü tanıtmayaydın 
Ömür de belece keçib gederdi.
Sen deme marala atdığım gülle 
Maral derisinde tülküye deydi...
Sadelövh qelbimden,
                      mehebbetimden,
Keçdiyim yollardan utanıram men.
Yuxulu gözümden ağrılar keçir,
Yanımdan sevgisi doğrular keçir,
Senden yox,
                onlardan utanıram men...
Sen gerek özünü tanıtmayaydın,
Mene bu üzünü tanıtmayaydın...


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 185 Bölmə: Nüsrət Kəsəmənli