Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadelik

Sadəlik könlümün naləsi olub,
Onunla şər-xəta gəlib ömrümə.
Kiməki can deyib,yandım ürəkdən,
Canım oda yandı,alışdı könlüm.
Kimiki yaxın dost sandım ürəkdən,
Son anda düşmənə çevrilən gördüm.

Aldı qucağına məni dərd kədər,
Həyat hər addımda sınadı yaman.
Bəzən ürəyimi didir şübhələr,
Qismətim talehim budurmu aman?!

Şeytanlar görmüşəm mələk donunda,
Hamısı xoş günün mələyi olub.
Dar gündə,Kimsəsiz qaldığım anda,
Tək Allah duası köməyim olub...


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 255 Bölmə: Nüsrət Kəsəmənli
loading...