beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Qiza

Bu gün de yolumdan saxladın meni,
Yene de eyhamlar işini gördü.
Az qaldı üreyim yara sinemi,
Qezeb qanadını üstume serdi.

Bir keder dumanı meni bürüdü,
Yığdı gözlerime nifreti,kini.
Üstünde her cüre daş-qaş var idi,
Zerger dükanının vitrini kimi.

İterem gözünden men ilim-ilim,
Atandan danışma,heç yeri deyil.
Atan kabinetde nazirdi,gülüm,
Menim üreyimin naziri deyil!

Saxta şöhretlere düşmenem,yadam,
Simu-zer görürem qayende senin.
Bir de heqiqeti bil ki,
                      men adam,
Olmağ istemirem sayende senin...

Dünyanı görmüşem ele bir donda,
Demirem sevincden derd böyük olub,
Senin ciblerine pul yük olanda
Menim ciblerime elim yük olub!..

Yox,yox!
        Varlı olmaq eyib deyil ki,
Bilirem,pulunuz hesaba gelmez.
Seni isteyimle sevmesem bil ki,
Atan emr verib sevdire bilmez!

Ayrılaq,
          unudaq kederi,yası,
Könlüm dediyini söyleyir dilim.
Seni nazirliyin qara ''Volqa''sı
Menise ehtiyac gözleyir,gülüm...


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 462 Bölmə: Nüsrət Kəsəmənli