beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnam

Mene inanmırsan bir yuxu kimi,
Qelbinde şübheler,eyhamlar oyaq.
Yox,men istemirem bir çoxu kimi,
Yaşayaq bu sayaq,ölek bu sayaq...

Niye baxışların üşüdür meni,
Qelbin ki qelbimde qızınmaq ister.
Ne sevgi yenidir,ne nifret yeni,
Ele tereddüd de köhnedir,yeter!..

Belke de adıma çox söz deyirler,
İstesen inanma,istesen inan.
Ayıq ol!..
     Adama çox söz deyirler,
Gör hansı doğrudur,gör hansı yalan.

Yaxın gel,
         Oduna gir bu üreyin,
Sevenler payıza,qışa bürünmez.
Esl çiçeklerle kağız çiçeyin,
Uzaqdan baxmaqla ferqi bilinmez.

Herden zeng edirsen,susursan niye?
Senin sükutunda tanışdır mene.
Bir de zeng edirsen hirslenim deye,
Desteyi çırpıram eseblerime.

Bir destek gülüşlü,biri esebi,
Başlayır telefon oyunu sonra.
Bilirem susmağın nedir sebebi,
Ox atıb gizletme yayını sonra...

Mene inanmırsan bir yuxu kimi,
Qelbinde şübheler,eyhamlar oyaq.
Yox,men istemirem bir çoxu kimi,
Yaşayaq bu sayaq,ölek bu sayaq...


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 349 Bölmə: Nüsrət Kəsəmənli