Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dayan...

Toxunma əlimə günahın çoxdur,
Gözümdə tikanlı məftil kimisən
Sənin gözlərində həqiqət yoxdur,
Kiminlə dəyişdin bir bax, kimi sən?

Daha xoş gəlməz o nəvaziş mənə,
Dolaşma başımda dumanlar kimi
Bədbəxt, yaltaqlıqda yaraşmır sənə
Dəyiş danışdığın yalanlar kimi

Qanına it qanı qatılıb inan
Xəmirin haramlıq zaddan tutulub
Namusdan, qeyrətdən, ardan uzaqsan
Mənliyin ayaqlar altda atılıb

O necə ürəkdi, o necə qəlbdi,
Kart tək atılıbsan ortaya aşkar
Zamanı oyuncaq düşünmə, bəsdir!
Oyuna tutublar səni, saxtakar.

Böylə yaşamağa dəyərmi söylə?
Sən bu təbiətlə hara gedərsən
Quzu cildində dişi canavar
Qarşın alınmasa nələr edərsən!


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 195 Bölmə: Nüsrət Kəsəmənli
loading...