Bura Qədərmiş
						Bu dünyada əbədilik nə var ki,
     Ömür kimi hər şey gəldi-gedərmiş,
     Nə sevginin günahı var nə bizim
     Bu sevginin ömrü bura qədərmiş.
Məcnun ahı,Leylinin göz yaşları
     Nə biləydik əfsanəymiş,hədərmiş
     Qəm eyləmə hər yolun bir sonu var
   Bu sevginin ömrü bura qədərmiş
 
   Gülə-gülə başlamışdıq bu eşqi
   Axırında göz yaşıymış kədərmiş
   Məhəbbətin payız fəsli var imiş
   Bu sevginin ömrü bura qədərmiş
 
   Ayrılırıq xatirələr içində,
   Bu ayrılıq ölümdən də betərmiş
   Təsəllimiz bu olacaq sevgilim,
   Bu sevginin ömrü bura qədərmiş
Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 164 Bölmə: Nüsrət Kəsəmənli
loading...