beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gonderdiyim Mektublar

Saçların qaradırmı,
Hesret ağardıb yoxsa?
Evinde isti varmı
Eger qelbin soyuqsa?
Çırpırsanmı yastığa
Yuxulu günlerini;
Göz yaşın isladırmı
Çoxunu günlerinin?
Ömür-günmü verirsen
Ötüb keçen illere?
Teze bey qısqanmır ki,
Köhne xatirelere?..
Eriyirmi sevincin,
İsti göz yaşın kimi?
Yeriyirmi üstüne
Kederin qoşun kimi?
Barı servet sarıdan
Gözün könlün doydumu?
Şöhret hersiliyini
Göz yaşları yudumu?
Hele boğmur ki seni
Bir otağın havası?
Hele düşmeyibdi ki,
Laqeydlik davası?
Silibsenmi göresen
Adımı dodağından?
Heykele dönürsenmi
Pencere qabağında?....


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 290 Bölmə: Nüsrət Kəsəmənli