beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni Atırsansa

Məni atırsansa, bir səbəb göstər,
Nə sübut axtarım, nə dəlil gəzim.
Desən ki topalsan, hər axşam-səhər
Axsaya-axsaya qalım, əzizim.

Tapa bilmirsənsə bir günah qüsur,
Mən necə haqq verim dönüklüyünə?
Xətrinə könlümü edərəm məcbur,
Sənə yad olaram, lənət o günə!

Yanaram hər zaman hicran odunda,
Təki şöhrətinə gəlməsin nöqsan.
Gəzməz dodağımda gözəl adın da
Bir kəlmə kəsmərəm dostluöumuzdan.

Nifrət yağdıraram özümə hər dəm,
Sənə yad olanı sevə bilmərəm.


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 145 Bölmə: Nüsrət Kəsəmənli