beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlləriniz sizi ələ verir
Əlləriniz sizi ələ verir

Mütəxəsislər qırışlara qarşı istifadə olunan kremlərin əllərdə heç bir təsiri olmadığını bildirib.

Üz üçün tətbiq olunan nəmləndirici və qırışlara qarşı kremlərdən istifadə etsək də, bəzən əlləri unuduruq. Bu kremlərin əllərdə də eyni təsiri göstərməməsinin səbəbi, əl üzərindəki dərinin daha incə olması, qan damarlarının və kök hüceyrə qaynağı baxımından üz dərisindən fərqli olmasıdır.

Yaşlanmağa qarşı istifadə etdiyiniz kremlər əllərinizə təsir gücü yoxdur. Bəs əllərin yaşlanmasının qarşısını necə almaq olar? Əllərə nə təsir edə bilrə? Əllərə necə qulluq etməli?8 mərhələdə gözəl əllərə qovuşa bilərsiniz:

1.Təmizlik vasitələrindən istifadə edərkən diqqətli olmaq lazımdır. Yuyucu vasitələrin kimyəvi tərkibi əllərə zərər verə və dərinin korlanmasına səbəb ola bilər. Bu cür maddələrdən istifadə edərkən mütlək qoruyucu əlcək geyinmək lazımdır;

2. Qış aylarında, soyuq havalarda əlcək taxın. Soyuq hava və külək daim əllərinizin qurumasına və dərinizin çartlamasına səbəb olur;

3. Hər şeyin başı təmizlikdir. Əlləri hər gün ən azı 3 dəfə yumaq lazımdır. Bununla yanaşı əlləri hər gün, xüsusən qış aylarında 3 dəfə nəmləndirici kremlə bəsləmək lazımdır;

4. Əl masajı tətbiq edin. əllərinizə nəmləndirici krem çəkərsən dırnaq ətraflarından barmaq aralarınacan masajla kremi dəriyə yeridə bilərsiniz. Bu nəmləndirməni artırır;

5. Əllərinizi günəşdən qoruyun. Günəşin zərərli şüaları zamanla əllərdə ləkə və çillərin yaranmasına gətirib çıxarır. Bunun üçün günəş kremlərindən istifadə edin. Günəşin təsirindən əllərdə ləkələr yaranıbsa dermatoloqa müraciyət edin;

6. Doğru nəmləndirici seçmək şərtdir. Kremin bahalı olması mühüm deyil. Meyvə, vitamin tərkibli, yağ tərkibinin çox olması daha mühümdür;

7. Ölü hüceyrələrdən xilas olun. Bir ovuc şəkər tozu, yaxud duz ilə əlin üstünün ovuşduraraq ölü hüceyrələri təmizləyin. Bu proses ölü hüceyrələrdən xilas olmanıza kömək edir, qan axışını yaxşılaşdırır, dərini daha canlı və parıltılı göstərir

8. Qidalanmanı unutmq olmaz. Bir çox qida maddələrinin tərkibində biotin var. Ancaq daha çox biotin tərkibli qidalar xardal tozu, fısdıq, fındıq, günəbaxan tumu, toyuq ciyəri, yumurta və badamdır.


Tarix: 16.04.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 374 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri