Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mətbəx üçün praktik məlumatlar....

Şübhəsiz ki ev xalqının ən çox zaman keçirdiyi yer mətbəxlərdir, qaldı ki biz qadınlar az qala ömürümüzün yarısından çoxunu mətbəxdə keçiririk. Evimizdə ən çox çirklənən yerlərdə mətbəxlərdir. İndi sizə praktik mətbəx məlumatlarını təqdim edəcəyik və ümid edirik ki, bu məlumatlar sayəsində mətbəxinizdə daha az zaman xərcləyərsiniz
Yemək edərkən və mətbəxdə çalışarkən işlərinizi asanlaşdıracaq praktik mətbəx məlumatlarıyla sevdiklərinizə daha çox zaman ayıra bilərsiniz.
İstifadə edilmiş limon qabıqlarını rəndələyib şəkər ilə qarışdırın. Qabın içərisində soyuducunda uzun bir müddət saxlaya bilərsiniz. Beləcə tort edərkən əlinizin altında hazır olar.
Qabarıq bir omlet etmək istəyirsinizsə, bir şorba qaşığı suyun içərisinə bir çay qaşığı misir unu qarışdırın. Hazırladığınız qarışığı yumurtaya əlavə edin. Beləcə qabarıq bir omlet etmiş olacaqsınız.
Sarımsaq doğrayarkən bıçaqa yapışmasını istəmirsinizsə, kəsmə taxtasına bir az duz serpiştirin.
Yeni bir yemək tərifi sınayarkən, yemək kitabınızı şəffaf bir torbanın içərisinə keçirsəniz, onu çirklətməmiş olarsınız.
Tort edərkən qatı yağ istifadə edəcəksinizsə onu rəndənin qalın tərəfi ilə rəndələməyi təcrübə keçirin. Kiçik parçalar halına gələn marqarin daha asan işlənər.

Sarımsaqlarınızı hər vaxt əlinizin altında hazır saxlamaq istəyirsinizsə qabıqlarını soyduqdan sonra bir qaba doldurub üzərinə zeytunyağı qoyaraq mühafizə edə bilərsiniz. Ayrıca bu yağ yeməklərinizə, salatlarınıza ayrı bir ləzzət qatacaq.
Pendiri asan rəndələmək üçün, 15 dəqiqə buzluqda gözlədin.
Biskvitləriniz yumşalmışsa onları bir neçə dəqiqə sobalanın.
Sobada toyuq qızardacağınız zaman üzərinə qoyduğunuz ədviyyatlardan içinə də qoyun. Beləcə daha ləzzətli olar.
Sərt ət ətlərinizi bərabər miqdarda sirkə və maye yağ içərisində gözlədin. Yumşaldığını görəcəksiniz.
Pomidor sousunuz çox turş isə içərisinə bir kök rəndələyin. Kök sousunuzu dadlandıracaq.
Göbələklərin daha ləzzətli olması üçün bişirmədən əvvəl üzərlərinə bir az duz və limon suyu qoyun, 5 dəqiqə gözlədin. Daha sonra bişirin.
Soba torbasında toyuq bişirərkən; vəsaitləri doldurduğunuz soba torbasının üzərinə bir neçə dəlik açın. Beləcə daha tez və yaxşı bişər. Ayrıca soba torbasının içərisinə bir neçə diş sarımsaq qoysanız ləzzətinə doyum olmaz.
Qozların qabıqlarını asanca aça bilmək üçün onları bir gecə duzlu suyun içərisində gözlədin. Beləcə içləri də dağılmayacaq.
Unlarınızın böcəklənməməsi üçün, un qabının içərisinə bir ədəd dəfnə yarpağı qoyun.
Yumurtaların qaynadılarkən çatlamaması üçün, qaynatma sununa bir şorba qaşığı sirkə qoyun.
Sobada kartof etmədən əvvəl 10-15 dəqiqə qaynadın və çəngəl ilə dəlin. Daha asan bişəcək.


Tarix: 13.05.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...