beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinizi çimərlik mövsümünə hazırlayın

Ölü hüceyrələrdən xilas olun: Tətilə çıxmazdan əvvəl dərini ölü hüceyrələrdən təmizləmək lazımdır. Bu zaman dəriniz həm daha parlaq, həm də daha uzun müddətli qaralır. Hamam kisəsi və ya çeşidli pilinq vasitələri ilə dərini ölü hüceyrələrdən xilas edə bilərsiniz.

Dərini təmizləyin: Təmizlənməyən dəri yağlandığı üçün sızanaqlar peyda olmağa başlayır. Dərinizin qüsurlarla dolmasını istəmirsinizsə, hər axşam yatmazdan əvvəl makiyajı təmizləməyi unutmayın. Dəridə yığılan toz və çirki lasyonla silin. Dəriniz yağlıdırsa köpük, qurudursa krem şəklində olan təmizləyici seçin.

Dərini qidalandırın: Dərinin parıltılı və baxımlı olmasını istəyirsinizsə, onu daxildən də qidalandırmaq çox əhəmiyyətlidir. Mövsüm meyvələri dərini qidalandırmaq üçün ən asan vasitədir. Yaşıl bibərlə, cəfərinin tərkibindəki C vitamini dərini toksinlərdən qoruyur.

Dərini qoruyun: Dərinin çox tez qocalmasını və qırışmasını istəmirsinizsə, Günəşə çıxmazdan əvvəl SPF tərkibli nəmləndirici kremlər çəkin. Dərini qoruyucu kremlərlə müdafiə edin. Keçən ildən qalan kremlərdən istifadə etməyin.

Su için: Dərinin suya ehtiyacı olduğunu unutmayın. Çoxlu maye qəbul edin. Aradakı fərqi özünüz də hiss edəcəksiniz.

Çox tərləyənlər: Hədsiz dərəcədə tərləyirsinizsə, qoltuq altlarını limonlu su ilə təmizləyə bilərsiniz.


Tarix: 24.11.2014 / 17:32 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri