beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərini gəncləşdirən çiyələk maskası

Vəsaitlər

Yarım kasa təzə çiyələk
1 yemək qaşığı süd
1 yemək qaşığı düyü unu

Hazırlanması

Çiyələkləri yarpaqlarından ayırın və yaxşıca yuyun. Təmizlədiyiniz çiyələkləri bir qarışdırma qabında əzin. Südü və düyü ununu əzdiyiniz çiyələklərin içinə əlavə edin və homogen bir hala gələnə qədər qarışdırın.

Tətbiqi

Maskanı üzünüzə çəkmədən əvvəl, dərinizi çirkdən və makiyajdan təmizləyin. Ardından üzünüzə və dekolte bölgənizə maskanı çəkin. Maskanı dərinizdə 20 dəqiqə gözlətdikdən sonra ilıq suyla durulayın.


Tarix: 22.11.2014 / 15:07 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri