beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzdəki çillər necə yox edilər?
Üzdəki çillər necə yox edilər?

Çillərdən xilas olmaq istəyirəm deyirsinizsə, bu vəziyyət artıq düşündüyünüz qədər çətin və qeyri-mümkün deyil.
Tətbiq edəcəyiniz bəzi maskalarla çillərə vida edə bilərsiniz.

Maska 1
Üzünüzdə çillər yaranıbsa, üzünüzə pomidor dilimləri yerləşdirin. Bu maskadan əvvəl dəri yaxşıca təmizlənməli və üzə az miqdarda bəsləyici krem çəklməlidir. Maska 30 dəqiqə saxlanılmalıdır. Maskanı üzünüzdən soyuq süddə isladılmış pambıqla təmizləyin.

Maska 2
1 qaşıq cəfərini əzin və 1 qaşıq bal ilə qarışdırıb, dərinizə çəkin. 45 dəqiqə gözlədin. Bu qarışığa limon suyu da əlavə oluna bilər. Bunun üçün 2 yemək qaşığı cəfərini əzin , bal və limon suyu ilə qarışdırıb, dəriyə çəkin.

Maska 3
Cəfəri suyunu südlə və ya qatıqla qarışdırın, dəriyə maska olaraq çəkin. 15 dəqiqə sonra otaq istiliyindəki suyla yuyun.

Maska 4
Ləkə müalicəsi üçün çiyələk, meşə çiyələyi və qarağat istifadə edilə bilər. Bu meyvələrdən maska hazırlayıb üzünüzə çəkin , 20-30 dəqiqə gözlədin və ilıq suyla yuyun.

Maska 5
2 ovuc qabıqdan təmizlənmiş badamı əzib un halına salın. Bu badam ununa bir xörək qaşığı süzmə, bal və yumurtanın ağını çırpılmadan əlavə edib krem halına gələnə qədər gül suyu əlavə edin. Maska hazır olanda üzə çəkib 20 dəqiqə gözləyin.Sonra ilıq suyla yuyun.

Maska 6
Qarpızı rəndələyin, maska hazırlayıb üzünüzə çəkin. 10-15 dəqiqə üzünüzdə saxlayın. Maskanı otaq istiliyindəki suyla təmizləyib, dəriyə nəmləndirici krem çəkin.

Bu maskaları axşamlar etməyiniz təklif edilir. Çünki daha sonra üzünüz günəş şüalarına məruz qalmamalıdır. Dəri tipiniz nə olursa olsun, hər gün qoruyucu kreminizi istifadə etməlisiniz (1 ay boyunca).


Tarix: 16.04.2015 / 10:53 Müəllif: Aziza Baxılıb: 214 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri