beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyanete ferqli baxis

Təsəvvür edək ki, bu xəyanətə böyüklər yox, kiçiklər, yəni uşaqlar, övladlar şahid ola?!.. Təsəvvür edin, uşaq ata və ya anasını başqa biri ilə bir yataqda və ya başqa səmimilikdə görsə, bu, necə böyük bir travma ola bilər? O an nələr yaşaya bilər? Bunu necə qəbul edə bilər?
Əlbəttə ki, dünyaya baxışı dəyişər. Artıq psixoloji cəhətdən sarsıldığı üçün böyüdükcə evliliyə, ailə münasibətlərinə etibarı, inamı, ailəyə sədaqət hissləri qalmayacaqdır. Və bununla bərabər böyüklərin davranışlarını qəbul edə bilməyəcək. Böyüyə hörmət, ehtiram hissləri yadlaşacaqdır, bu da onun gələcək həyatında öz mənfi təsirini göstərəcəkdir.
Bütün bunlar üçün ilk başda ailə qurarkən düzgün seçim etməli, doğru insanı seçməli, uşaq planlaşdırılması düzgün aparılmalıdır. Bütün bu olacaqların qarşısını maksimum dərəcədə almalı və uşaqlarımıza qarşı diqqətli olmalıyıq.
Unutmamalıyıq ki, uşaqlar bizim gələcəyimizdir. Ən kiçik yanlışlıq belə uşağın psixologiyasını sarsıda və onun bütün həyatını dəyişə bilər!


Tarix: 24.05.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri