beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşınızı gizlətmək istəyirsinizsə, gülməyin

Qırışlardan azad olmaq istəyənlərə

Yaşımız ötdükcə burun və ağzımızın kənarlarında yaranan cizgilər bizi yaşlı göstərir. Nazolabial, yaxud Marionette adıyla tanınan bu cizgilər üzümüzün elastikliyinin, yağlığının azalması, günəşin zərərli təsiri nəticəsində, bəzi hallarda isə genetik olaraq yaranır. Dərin qırışlarınızı gizlətmək üçün bir çox seçimləriniz var. Bunlardan biri də yağ inyeksiyasıdı. Yüngül cizgi və qırışlara sahib olan gənc qadınlar isə turşu əsaslı dolduruculardan istifadə edə bilərlər. Bu doldurucuların da təsir müddəti 10 ay çəkir. 50-60 yaşlarında olan qadınların üzlərində yağ azaldığından dəri aşağıya doğru sallanır və qırışlar daha dərin görünür. Bu cür xanımlar isə dərini sıx möhkəmləndirən dolduruculardan istifadə edə bilərlər. Bu doldurucular sayəsində üz həcm qazanır, qırışlar da yavaş-yavaş aradan qalxır. Qırışların yox edilməsində yağ transferi çox kömək edir. Belə ki, bədənin digər hissələrindən yağ götürülüb qırış nahiyələrinə iynə ilə doldurulur. Bununla da qırışlardan azad ola bilərsiniz. Dərinin elastikliyini artıran kremlərdən istifadə edin. Botulinium A inyeksiyası vasitəsilə qırışlarınızdan qısa müddətlik azad ola bilərsiniz. Bəzi xanımlar qırışlardan azad olmaq üçün dərilərini dartdırır, yağ inyeksiyası elətdirirlər. Bunun sayəsində qırışlarınızdan birdəfəlik azad olmaq mümkündür.


Tarix: 23.11.2014 / 18:05 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri