beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İncə dodaqlar üçün təkliflər

Dodaqlarınızın çox incə olmasından şikayətçisinizsə kiçik makiyaj hiylələri ilə onları olduğundan daha qalın və dolğun göstərə bilərsiniz.

Dodaqlarınıza olduğundan daha qalın görünüş vermək istəyirsinizsə mütəxəssislərin tövsiyələrinə əməl edin, bu məsləhətlər çox sadə və praktikdir.
İncə dodaqlara sahibsinizsə qəti şəkildə tünd rəngli dodaq boyalarından uzaq durun.
Qırmızı rəngi çox sevirsinizsə və onu dodağınızda görmək istəyirsinizsə o zaman ilk olaraq dəri rəngli karandaşla dodaqlarınızı çərçivəyə alın, sonradan qırmızı dodaq boyanısı tətbiq edin.
Dodaqlarınızın incəliyinin ön planda olmasını istəmirsinizsə mat rənglərdən qaçın.
Yalnız üst dodağın incəliyindən şikayət edirsinizsə dəri rəngli dodaq karandaşı ilə yalnız üst dodağı çərçivələyərək boya vura bilərsiniz.
Açıq rəngli dodaq boyaları və blesklər seçsəniz dodaqlarınızın incə görünüşündən xilas ola bilərsiniz.
Açıq rəngli boyadan istifa edərkən dodaqlara dolğunluq qatmaq üçün alt dodağın ortasına bir az blesk vurmaq məsləhətdir.

Amma bir məqamı da unutmayın ki, incə dodaqlara söz anlayan, zəkalı, ehtiyatlı, incə fikirli adamlarda rast gəlinir.


Tarix: 17.06.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri