beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır

Şirniyyat çox yeyən qadınların üzləri daha tez qocalır. Florensiya Tibb Mərkəzi alimlərinin apardıqları təcrübə zamanı məlum olub ki, tort, pirojnlar, konfet və digər şirniyyat məhsullarının əsasını təşkil edən şəkər göz ətrafındakı qırışların dərinləşməsi prosesini sürətləndirir. Aparılan təcrübələrdə 35 yaşlı 120 qadın iştirak edib. Təcrübədən əvvəl onların üz dərilərinin vəziyyəti öyrənilib. Daha sonra isə qadınların qidalanma reseptləri dəyişdirilərək onların yedikləri şokolad, konfet və digər şirniyyatları sitrus meyvələri və gilə-meyvələrlə əvəzləyiblər. Həmçinin təcrübəyə qatılan qadınlara siqaret və alkoqollu içkiləri tərgitmək də təklif edilib. Yarım ildən sonra qadınların üzləriqndəki qırışların sayı əhəmiyətli dərəcədə azalıb. Hətta zərərli adətlərindən əl çəkə bilməyən qadınların da üz dərilərində yaxşıya doğru dəyişikliklər müşahidə edilib. Təcrübəyə dəvət olunan, lakin qatılmayan 8 faiz qadının üz nahiyələrində isə qırışların sayında artım qeydə alınıb. Təcrübənin müəllifi professor Torello Lotti bildirib ki, səbəb sərbəst radikallardadır. Bu elementlər qadınların üzlərində düzgün qidalanmamaqla bağlı əmələ gəlir. Şəkər isə bədəndə kimyəvi reaksiyaya səbəb olur. Şəkərin tərkibi qanla reaksiyaya girdikdə toksinlərin miqdarını artırır. Xüsusilə də qırışların əmələ gəlməsinə daha çox alkoqolsuz içkilər və 225 dərəcədən artıq temperaturda hazırlanan qidalara qatılan təmizlənmiş şəkər rol oynayır. Şəkərin çoxluğu üzdə zərərli elementlərin sayını artırır.


Tarix: 10.05.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri