beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar əslində nə demək istəyirlər?

Qadınlar əslində nə demək istəyirlər?

Xüsusilə yan-yana olduqlarında qadınlar haqqında ehkam kəsmələri ilə məşhur kişilər ...!
Hansı ki "həyatımdan bir çox qadın keçdi və mən bu mövzuda mütəxəssisəm" deyə danışan, qadınlar haqqında ən kiçik detala qədər bildiklərini iddia edən kişilər. Xüsusilə sürətli bir gənclik keçirib, çox sayda qadın ilə əlaqə yaşayan kişilər özlərini sanki bu mövzuda mütəxəssis olaraq görürlər.
Görəsən həqiqətən belə mütəxəssislər varmı ...?
Qadınları həqiqətən bu qədər asan anlayan varmı ...?
Onların söz söyləyərkən əslində nə ifadə etmək istədiklərini dərk etmək həmişə düşünüldüyü qədər asan deyil.
Qadınlar açıq danışmaqdansa daha çox eyham etməyi sevirlər. Vay kişilərin halına ...! Anlayın anlaya bilirsinizsə....

Qadınlar nə deyirlər, amma əslində nə demək istəyirlər ...?

1) Çox işləmirsən ki? - Tətilə getmək istəyirəm.
2) İş yoldaşın Nərmin (və ya hər hansı qız) nə şirin bir qızdır - Nərmin sənə çox yanaşır, istənilən an yola bilərəm.
3) Saçlarımın uclarında qırıqlar var - Bir de ki, nə qədər gözəl saçların var...
4) Yemək bir az duzsuz olub deyəsən, hə? - ``Əllərinə sağlıq`` deməyini gözləyirəm, daha nə qədər gözləməliyəm ...?
5) Deyirəm bu Anar çox gülməli adamdır, hə? - Bəs sən niyə bu qədər ciddisən?
6) Ananla danışdın bu gün? - Anan mənə niyə bu qədər çox zəng vurur ...?!
7) Canım, bunlar sənə lazımdır? - Bunları bir daha bura qoysan zibilə atacağam.
8) Sevgilim əla iy gəlir səndən..! - Nəhayət, yuyundun, həmişə belə olsan nə olar ...?
9) Yoo xeyr, yeni bir ayaqqabıya ehtiyacım yoxdur... - Həyatındakı ən ideal qadın mənəm!
10) Ananı yeməyə çağıraq...? – Həyatındakı ən ideal qadın mənəm!
11) Uzun zamandır dostlarınla çölə çıxmadın... - Həyatındakı ən ideal qadın yenə də mənəm !
12) Sən azad bir adamsan, qərarını özün verə bilərsən. – Eybi yox, sən görərsən.
13) Sevgilim, səncə romantika nədir? - Həyatımda gördüyüm ən romantik olmayan adam sənsən!
14) Bu gün yolda gedərkən bir oğlanla toqquşduq... - Hələ mən sənin üçün çox sayılaram !
15) Heç anlamıram da bu qadınları... - Həyatındakı ən ideal qadın yalnız mən, mən və yenə də mənəm !
16) Münasibət qurmaq mövzusunda sənin qədər təcrübəm yoxdur...- Köhnə sevgilimdən bəhs etsəm, məni mühakimə edərsən birdən.
17) Daha sənə deyiləsi sözüm yoxdur..!!! - Ağzım bir açılarsa bir daha bağlamaq mümkün deyil.
18) Sən yat. Mən səhər yeməyin hazırlayım,səni oyandıraram - Zəhər hazırlayacam sənə...
19) Kefim yoxdur, izah etmək istəmirəm... - Soruşmağa davam et, ərköyünlük etmək istəyirəm...


Tarix: 30.12.2012 / 12:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 523 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri