beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ideal qız necə olmalıdır???

Hər kəsin bir idealı olduğu kimi oğlanların da özlərində cəmlədikləri ideal qız düşüncəsi vardır.

İlk öncə oğlanlar evlənmək üçün arzuladığı qız tipi ondan əvvəl heç kimi sevməyən, heç kimlə gəzməyən, heç kimlə əl-ələ tutmayan qızlardır...

Oğlanlar yalan söyləyən qızları heç sevməzlər və sevdiyi qıza qarşı həddindən artıq qısqanc olarlar və bu qısqanclığın səbəbi də qızlara inanmamaqlarıdır, hər bir oğlan bilər ki, sevdiyi qızın ondan əvvəl sevdiyi olub, hər bir oğlan bunu hiss edər, nə qədər qız bunu inkar etsə də oğlan bunu hiss edər, amma qız ona ilk sevdiyim sənsən dediyi zaman oğlan çarəsiz qalar, tək çarəsi qızı sevdiyi üçün ona inanmaq, güvənmək olar, ona görə də bu yalanı öz beynində doğru kimi qəbul etməyə özünü məcbur edər, çünki sevir. Qızı öz beynində onu ilk sevən kimi qəbul edər, elə xəyal edər... Əlbətdəki bu barədə istisnalar vardır, əlbətdəki ola bilər qızın ilk onu sevdiyi, amma bu ehtimal çox azdır...

Sevdiyi olmayan oğlanlar evlənmək üçün qız axtardığında çox çətinlik çəkir indiki zəmanədə, bu qızların oğlanlara verdiyi inamsızlıqdanmı irəli gəlir, yoxsa ətrafda olan söz-söhbətdənmi onu deyə bilmərəm, ama oğlanlar arasında son vaxtlar gedən söhbət budur: Evlənməyə qızı hardan tapacıq? Necə tapacıq???

Oğlanların beynində formalaşan ideal qız tipi budur: Evdən kişidən icazəsiz çıxmayan, özbaşına bir yerə getməyən, özbaşına hərəkət etməyən, hər etdiyi işdə kişidən icazə alan, əgər bir problemi varsa qızın bunu özü həll etməyən, evdəki kişi xeylaqlarına bildirən, onlara həvalə edən qız tipini ideal qız tipi kimi qəbul edər oğlanlar.

Oğlanlar çox gəzən qızları sevməzlər, rəfiqəsi ilə tez-tez ünsiyyətdə olan qızları da xoşlamazlar, çünki ola bilsin o qıza güvənirlər, amma rəfiqəsinə güvənmirlər.

Bəzi qızlar bəlkə də hazırcavab olduqları üçün özləri ilə fəxr edərlər, amma bilməzlər ki, oğlanların hazırcavab qızlardan xoşu gəlmir, hətta belə qızlardan nifrət edən oğlanlar da var, oğlanlar ideal qızı sakit, hər sözə cavab verməyən, ürkək birisi kimi xəyal edərlər. Hazırcavab qızlar oğlanlara çox kobud görsənir.

Çox danışan qızları da sevməz oğlanlar, çox gülən qızdan isə nifrət edərlər. Qızları nə qədər incə bir varlıq kimi qəbul etsə, də oğlanlar bir o qədər də ağır xasiyyətli olmasını istərlər. Əslində ağır xasiyyətli dedikdə ilk öncə ağıla gələn oğlanlar olur, amma oğlanlar üçün də qızların ağır xasiyyətlisi idealdır.


Tarix: 30.12.2012 / 12:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri