beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgilisiz həyatın gözəl tərəfləri

Ətrafınızdakı insanlar sevgililəriylə xoşbəxt görünə bilər, amma unutmayın ki tək olmağın da gözəl tərəfləri var.

Sevgiliniz varsa səhər oyananda yanınızda bir cüt göz sizi izləyəcək. Saçınız dağılmış, gözlərin şiş və hətta ağızınız iy versə də. Bu vəziyyəti sevgilinizin görməsi sizə özünüzü necə hiss etdirər?

Subaylıq dövrü boyunca çox yaxın yoldaşlar əldə etdiniz. Onların yanında içib dağıtdınız, qollarında ağladınız, yanında xalatınızla gəzdiniz, hətta bəlkə sarılıb yatdınız.

Sarımsaq və soğan yeməyi çox sevirsiniz. Mümkün olsa hər pay bol soğanlı lahmacun yemək istəyirsiniz. Amma həyatınıza biri gələndə bundan məhrum qalmaq məcburiyyətində olacaqsınız.

Beyninə salacaqsınız. İş stressi çatmırmış kimi birdə "məni niyə axtarmadı, görəsən o qızla aralarında nə var, mənim haqqımda nə düşünür, məni sevirmi?" kimi fikirlərlə beyninizi məşğul edəcək və bədbəxt olacaqsınız.

Xərcləmələriniz artacaq. Görüşəcəyiniz yerlərə gedə bilmək üçün əlavə xərc edəcəksiniz, davamlı görüşüb vaxt keçirəcəyiniz üçün ayaqqabıya verə biləcəyiniz pulu bu görüşmələrdə xərcləyəcəksiniz.

Həyatınıza fərqli insanlar qatmaq vəziyyətində olacaqsınız. Sevgilinizin ətrafıyla tanış olacaq, onlarla yoldaş olmaq məcburiyyətində qalacaqsınız. Gülümsəmək, danışmaq, evinizdə qarşılamaq... Və sevgiliniz getdiyi an onlar da gedəcək...

Sevgilinizin paltarlarını yumaq və ütüləmək, yemək bişirmək, nahar hazırlamaq sizin vəzifələriniz olacaq.

Özbaşınıza tətil planları edə bilməyəcəksiniz və hətta qız yoldaşlarınızla düşündüyünüz vaxtları da ləğv etmək məcburiyyətində qalacaqsınız.

Xüsusi günlərin təlaşına qapılacaqsınız. Bayramlara belə əhəmiyyət verməyən siz, ad günləri, il dönüşləri, müvəffəqiyyətlərin qeyd olunması kimi vəziyyətlərə qapılacaq və laqeydlik edilsə pis olacaqsınız. Təbii ki, bunların əlavə xərclərini söyləməyimizə ehtiyac yoxdur.

Ən xoşbəxt olduğunuz, içinin ən dinc olduğu anda sevgilinizin gərginliyi sizin əhvalınızı pozacaq. Stress içinə girəcəksiniz.

Sevgiliniz yoxdursa, axtarmaq və hesab vermək məcburiyyətində olduğunuz biri yoxdur. Ən gözəli isə küsməyəcək sizdə bunun rahatlığıyla olacaqsınız.

Alt paltarlarınızı, çirkli paltarlarınızı, corablarınızı saxlamanıza ehtiyac yoxdur. Hər şeyinizi evin hər hansı bir küncündə çıxarda bilərsiniz.

Kimsəyə hesab vermədən çoxlu "shopping" edə bilərsiniz.


Tarix: 30.12.2012 / 12:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri