beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlin Saçı Necə Olmalı?

Alış-veriş, tənzimləmələr, məşqlər deyərkən toy hazırlıqlarında son mərhələyə gəlindi və gəlinliyin xaricində makiyaj ilə saçlarınıza şəkil verilməsi də çox əhəmiyyətli detallar arasındadır. Əgər istədiyiniz kimi bir saç modeli tətbiq olunmazsa siz bütün gecə bunun narahatlığını eşidərsiniz və ən gözəl gününüzdə məyyus ola bilərsiniz. Problem yaşamamaq üçün toy qabağı bir çox model üzərində düşünə bilər hətta sınaqlarını edə bilərsiniz. Son ana qədər gözləyib qərarsızlıq ilə hüznlü bir toyu yaşamaq istəməzsiniz.

Sizlərə bu mövzuda köməkçi olmasını ümid etdiyimiz təkliflər etmək istəyirik. Uyğun bir saç modeliylə üzünüzün istədiyiniz bir hissəsini ön plana çıxara bilər və gecənizi hüzur içində doyunca xoşbəxtlik yaşaya bilərsiniz.

Saçlarınızın uzun ya da qısa olması çox da əhəmiyyətli deyil, nəticədə tətbiq olunacaq model sizə çox fərqli bir görünüş həm də gözəllik verəcək. İlk öncə üz tipinizi təyin edib ona uyğun modeli etdirmək istəməlisiniz. Yoldaşınızla bu mövzuda uzun-uzadı müzakirə edib fikirlərini alaraq istədiyiniz modeli də qiymətləndirə bilərsiniz.

Düşüncələrinə əhəmiyyət verdiyiniz bir yoldaşınızın sizə, bərbərə gedərkən yoldaşlıq etməsini istəyə bilərsiniz, məmnuniyyətlə qəbul edəcək. Bu sayədə qərar vermənizə köməkçi ola bilər.

Bərbərə gedərkən, duvağ və saç aksesuarlarınızı yanınıza almalısınız, aksesuara uyğun saç modellərindən birini seçəcəyinizə görə bu modelləri yoldaşınızla müzakirə edə bilər hətta ən doğru ən uyğun model seçkisi üçün gəlinliyinizin və ziət əşyalarınızın fotoşəkillərini də göstərə bilərsiniz.

Bundan başqa gəlin paltarıyla birlikdə toyun harada keçiriləcəyi də tətbiq olunacaq saç modeli seçkisində əhəmiyyətlidir. Qapalı salonundakı toylarda toppuz bir model qəşəng bir tac ilə tamamlansa da, açıq hava toylarında açıq saçlarda səpmə kiçik çiçəklər çox xoş görünüş sərgiləyə bilər.

Bütün detallar arasında hava şərtlərini nəzərə almalısınız. Yaz toylarında ümumiyyətlə açıq havada hovuzbaşı seçilər. Bu vəziyyətlərdə havanın küləkli olub olmayacağına diqqət yetirilməlisiniz. Küləkli bir gündə saçlarınız dağıla bilər ona görə dağılmayacaq bir model və uyğun aksesuarlar seçilməyi məsləhət görürük. Məsələn; saçlarınıza qəşəng bir tac, şirin kiçik çiçəklər, muncuqlar ya da işıltılı toqqalar ilə bəzəyə bilərsiniz.

Gəlinin bütün hazırlıqları detallarıyla tamamlanarkən bəyi unudmamaq lazımdır. Gəlin ilə bəy arasındakı boy fərqi də mütləq göz önündə saxlanılmalıdır. Arada boy fərqi varsa uzun bir toppuz və hündür dikdaban ayaqqabılarla boy fərqini bərabərləyə bilərsiniz, əgər az qala eyni boylardasansanıq daha düz modellərdə saç və ayaqqabı seçkiləri doğru olacaq. Saçlarınız başınızın arxa tərəfində hətta peysərdə toplana bilər.

Üz quruluşunuz, tətbiq olunacaq saç modelinə uyğun olmalıdır. Toplu gəlinlərin üzünü incə göstərmək üçün üzə yanlardan və qulaq arxasından saçlar çıxarıla bilər. İncə uzun üz tipiniz varsa üzünüzə bir tutam saç salınaraq hazırlanmış toppuzlar uyğun olmaya bilər.

Ümumiyyətlə klassik gəlin başı toppuz şəklində edilir amma siz klassik görünüş istəməyə bilərsiniz. Saçlarınız qısadırsa aksesuarlarla saçlarınızı rəngləndirə bilər, çox şirin və canlı görünüşlər verə bilərsiniz.


Tarix: 26.12.2012 / 11:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 467 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri