beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payızda dəriyə qulluq üçün reseptlər.

Yuyunmaq üçün su
Tələb olunur: 1 çay qaşığı duz, 250 ml su.
Hazırlama qaydası: duzu suda əritmək.
Tətbiqetmə: Axşamlar bu su ilə yuyunmaq.
Yumşaldıcı maska
Tələb olunur: 1 xörək qaşığı marqarin, 1 çay qaşığı kök şirəsi.
Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
Tətbiqetmə. Qatışığı üzə çəkib, 10 dəqiqə saxlamaq. Kağız salfetlə silmək, üzü su ilə yaxalamaq.
Quru dəri üçün yağlı maska
Tələb olunur: 100 ml saflaşdırılmamış bitki yağı, 1 çay qaşı-ğı xırdalanmış çobanyastığı ləçəkləri, 1 çay qaşığı bal və 1 çay qaşığı quşarmudu şirəsi.
Hazırlama qaydası: yağı su vannasında isitmək, qalan inqrediyentləri əlavə etmək. İçində göz, ağız və burun yerləri açmaqla pambıq hazırlamaq və qatışığa batırmaq.
Tətbiqetmə. Maskanı üzə qoymaq və 15 dəqiqə saxlamaq. Qalıqları salfetlə götürmək. Əvvəl ilıq, sonra soyuq su ilə yuyunmaq.
Kalendula kremi
Tələb olunur: 1 xörək qaşığı kalendula ləçəyi, 1 xörək qaşığı qarğıdalı yağı, 2 çay qaşığı arı mumu, 1 çay qaşığı qliserin, 10 xörək qaşığı bitki yağı.
Hazırlama qaydası: kalendulanın ləçəklərinin üzərinə bitki yağı əlavə edib, 1 həftə qaranlıq yerdə saxlamaq (müntəzəm şəkildə çalxalamaq). Mumu su vannasında əritmək, 2 xörək qaşı-ğı əvvəlcədən hazırlanmış kalendula yağı əlavə etmək. Qarışıq soyumamış içinə qliserin tökmək. Soyuyanadək qarışdırmaq.
Tətbiqetmə. Quru dəriyə qulluq üçün kremdən istifadə etmək.
Bananlı maska
Tələb olunur: 1 banan, 1 yumurtanın sarısı, 1 xörək qaşığı zeytun yağı.
Hazırlama qaydası: bananı təmizləmək, püre şəklində əzmək, yumurtanın sarısını əlavə etmək və yağı süzmək. Yaxşıca qarışdırmaq.
Tətbiqetmə. Maskanı masaj xətti üzrə üzə yaxmaq, 10 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Ərikli-yağlı maska
Tələb olunur: 2 ərik, 1 xörək qaşığı zeytun yağı.
Hazırlama qaydası: əriklərin çəyirdəyini çıxarıb əzmək, yağla qarışdırmaq.
Tətbiqetmə. Qarışığı üzə çəkmək, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Multivitaminli maska
Tələb olunur: 1 limon, 1 qreyp-frut, 1 portağal, 2 çay qaşığı bal.
Hazırlama qaydası: meyvələrin şirəsini çıxarmaq, onu balla qarışdırmaq.
Tətbiqetmə. Qarışığı üzə çəkib 10 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Qozlu maska
Tələb olunur: 3 ədəd qoz ləpəsi, 1 xörək qaşığı kərə yağı, 1 çay qaşığı limon şirəsi.
Hazırlama qaydası: qoz ləpələrini xırdalamaq, yağla qatmaq, şirə əlavə etmək. Yaxşıca qarışdırmaq.
Tətbiqetmə. Maskanı yatmazdan 2-3 saat əvvəl üzə çəkmək, 15 dəqiqə saxlamaq. Qalıqları kağız salfetlə təmizləmək


Tarix: 04.07.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri