beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaq qoxusunu yox etmənin yolları!

Ayaq qoxusu bir insanı həm estetik baxımından, həm də sağlamlıq baxımından çox çox narahat edən bir vəziyyətdir. Bu vəziyyəti maneə törətmək və qoxunu yox etmək üçün ekspertlərin verdiyi bu bitki mənşəli qarışıqları sınamalısınız.

Bu təkliflərdən birini seçin və lazım olduğu kimi tətbiq edin. Unutmayın heç bir şəkildə keçməyən ayaq qoxularında isə həkimlə məsləhətləşməlisiniz.
1-Əvvəlcə məsamələri açmalısınız. Bunun üçün 5 litr ilıq suyun içində hər gün 20 dəqiqə ayaqlarınızı saxlamalısınız.
2-Ayaqlarınızı dincəltdikdən sonra 100 qram pudra, 5 qram zəy tozu, 10 qram misir nişastası, 10 qram un və 10 qram lavanta suyunu qarışdırın. Bu qarışığı ayaqlarınıza sürtün və 30 dəqiqə gözlədin.
3-5 litr ilıq su, 5 qram lavanta yağı, 5 qram okaliptus yağı, 5 qram tentürdiyot. Bu qarışığı bir vedrə içərisində birləşdirin və ayaqlarınızı 10-20 dəqiqə qədər içində saxlayın.
4-Bir vedrə içərisinə biləklərinizə gələcək qədər isti su tökün. 5 paket qara çayda tökün. Su ilıqlaşana qədər gözləyin. İndi ayaqlarınızı içinə qoyun və çayin içərisində olan danın maddəsi ayaqdakı bakteriyaların ölməsinə və məsamələrin kiçilməsinə səbəb olur.


5-Dərin bir qabın içinə ilıq su tökün və içinə 6 damla manuka yağı, 6 damla çay ağacı yağı, 6 damla kəklik yağı, 10 damla lavanta yağı və 1 çay qaşığı jojoba yağını əlavə edin. Ayağınızı hazırladığınız qarışıq içində 15 dəqiqə gözlədin. Bu tətbiq 2 gün üst üstə təkrar edin
6-Bir çimdik adaçayını və bir ədəd sürtkəcdən keçirilmiş kökü 3 su stəkanının içində qaynadın. Süzün və ayaqlarınızı yuyun. Tamamilə qoxu hiss etməyənə qədər bu qarışığı hər gün təkrarlayın.
7-1 çay qaşığı xına və 2 şorba qaşığı sirkəni 1 su stəkanı həcmindəki suy ilə
qaynadın. Bu suyla ayaqlarınızı yuyun.


Tarix: 03.07.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri