beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın Xoşbəxtliyi

Xoşbəxtlik - uşaq kimi davrana bilməkdir.

Xoşbəxtlik - sevdiklərinin əhatəsində olmaqdır.

Xoşbəxtlik - yalansız dünyada yaşamaqdır.

Xoşbəxtlik - dar gündə arxa-dayaq olacaq dost tapa bilməkdir.

Xoşbəxtlik - nifrət hissini dadmamaqdır.

Xoşbəxtlik - sevincini bölüşə bilməkdir.

Xoşbəxtlik - istədiyində hər şeyi silib, yenidən başlaya bilməkdir.

Xoşbəxtlik - sənə edilən pislikləri unuda bilməkdir.

Xoşbəxtlik - səbrli olub hər şeyi gözləyə bilməkdir.

Xoşbəxtlik - hər istədiyini edə bilməkdir. (Əgər bu başqalarına pislik etmək deyilsə).

Xoşbəxtlik - gecələr rahat yatmaqdır, gecələri ağlamadan keçirə bilməkdir.

Xoşbəxtlik - həyatında bütün rənglərin olmasıdır.

Xoşbəxtlik - bütün ailə üzvlərinlə birlikdə süfrə arxasında əyləşə bilməkdir.

Xoşbəxtlik - hər səhər yuxudan oyandığında yaşadığın üçün Allaha şükür edə bilməkdir.

Xoşbəxt olmaq arzusu ilə...


Tarix: 18.05.2013 / 13:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri