beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaşını alan qızlar

“Gözəllik qurban tələb edir” bu sözü şübhəsiz bütün qadınlar işlədir və çoxu qadının devizidir.Qadınlar müxtəlif yollarla gözəlləşməyə çalışırlar.Makiyaj vasitəsi ilə,estetik əməliyyatla,saç düzümlərinin fərqliliyi ilə və s.Estetik əməliyyatı bir kənara qoysaq yerdə qalan seçimlər təbii haldır.Yəni bir qadının tam haqqı və potensialı var ki gözəlliyini saç düzümü vasitəsi ilə,makiyaj və s. Vasitəsi ilə daha da cəlb edici etmək olar. Elə qadınlar var ki onlar üz cizgilərinin nizam intizamına üsusi diqqət yetirirlər.Və buna görə də üzlərində artıq və istənilməz tükləri aradan qaldırırlar.Bunlardan ən mübahisəlisi isə qaşlardır.



Azərbaycanda belə bir adət var ki qız evlənəndən sonra qaş almalıdır. Lakin buna əlbətdə hamı əməl etmir.Kimisi elə məktəb vaxtından qaşlarını alır.Bu həmin xanımlar qaşlarının normadan çox qalın və ya tüklü olmasından irəli gəlir ki bu da estetik cəhətdən heç də xoş görünmür. Lakin oğlanların bəziləri qaşını alan xanımlara başqa cür baxırlar(təbii ki hamısına aid etmək olmaz).Niyə bilinmir amma onlar düşünürlər ki, qız qaşını alırsa, deməli o düz yolda deyil və s. Cəfəngiyyatdır. Lakin müasir zəmanədə, müasir dünyaya baxsaq görərik ki, bir çox ölkədə qızlar hətda məktəb yaşlarında qaşlarını alırlar. Bu o demək deyil ki həmin qızlarda əxlaqi cəhətdən nə isə çatışmazlıq var. Bunu xanımların çoxu sırf gözəl görünmək üçün edirlər. Aydın məsələdir ki bu da birmənalı qarşılanmır.


Tarix: 16.05.2013 / 18:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri