beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözlərinizi gizlətməyin!

Bir neçə məsləhətə əməl etməklə gözlərinizi daha cazibədar hala sala bilərsiniz.
İlk öncə qaşlarınızı yuxarı doğru darayın və qaş qövsünün altında və üsütündə qalan artıq tükləri təmizləyin. Beləliklə, makiyajdan əvvəl baxışlarınızı bir balaca sirli etmiş olursunuz.
Kipriklərin uclarına qara layner ilə incə bir cizgi çəkərək təbii göz formanısı ortaya çıxara bilərsiniz. Bu cizgini kənarlara tərəf uzadaraq gözlərinizi daha böyük göstərə bilərsiniz.
Daha dərin baxışlara sahib olmaq istəyirsinizsə, gözlərinizin üst hissəsinə qəhvəyi və ya boz tonlarında olan göz kölgələri çəkmək məsləhətdir.
Ardından isə rəngli göz kölgəsi ilə əlavələr edin. Gözlərin iç tərəfinə isə açıq rəngdə olan göz qələmi çəkin. Həmin qələmdən qaş sümüyünün altına da bir qədər çəksəniz ifadəniz daha cəlbedici olar.
Gözlərin iç tərəfinə qızılı rəngi bir göz qələmi çəkin. Təbii tonlara sahib olan bu qələm gözlərinzin ağ hisəsini önə çıxarır və onları olduğundan daha böyük göstərir.
Kirpiklərinizi burub tuş vuraraq göz makiyajinızı tamamlaya bilərsiniz.
Qeyd: Gözlərinizi daha qabarıq etmək istəyirsinizsə, süni kirpik yapışdıra bilərsiniz.


Tarix: 22.06.2013 / 12:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri