Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qizlar haqqinda bilmediklerimiz...!!!

1. Tənbəllik
Gün içində heç bitməyən stress və yaşadığımız gərginliklər... Bunlar bir zaman sonra bizim davamlı hər şeydən şikayət etməmizə səbəb olur. Gün içində davamlı oradan oraya qaçdıran bədənimiz, axşam olduğunda da eyni tempdə davam edə bilmir. Hansımız çox sıx templi bir iş günündən sonra axşam 1 saat məşq edirik məsələn? Televiziya pultunu əlimizə alıb saatlarla o serial sənin, bu film mənim tənbəl tənbəl oturub axşamımızı öldürürük.

Necə öhdəsindən gəlirsiniz?
Öz işlərinizi başqalarına etdirməyin. Çox yorğun ola bilərsiniz. Canınız ütü etmək istəməyə bilər. Ancaq ananıza "şalvarımı ütülərsənmi" deməyin. Öz işlərinizi özünüz edin ki sevmədiyiniz işləri başqalarına etdirmə vərdişiniz olmasın. Unutmayın, ananızın da və ya işi yüklədiyiniz adamın da bir səbri var. Bir gün o da "yetər artıq" deyə bilər. Etməniz lazım olan işləri heç bir zaman təxirə salmayın. Təxirə saldıqca o işi etmə şövqünüz daha çox qırılacaq.

2. Maraqlıyıq
Sevgilimizə, yoldaşımıza soruşduğumuz sualların heç bir zaman ardı arxası kəsilməz. Hər vaxt onlarla əlaqədar daha çox şey öyrənmək və bizimlə əlaqədar nə düşündüklərini bilmək istəyərik. Hansımız ən yaxın yoldaşımızın və ya sevgilimizin gündəliyini qarışdırmadıq ki? Və ya onun e-poçt qutusuna girib maillərini oxumadıq ki?

Necə öhdəsindən gəlirsiniz?
Onunla danışarkən ona marağınızı hiss etdirməyin. Təbii və hiyləgər davranın. Marağınızı gizləməyi öyrəndiyinizdə qarşınızdakı sizə onsuz da öyrənmək istədiklərinizi özbaşına söyləyəcək. Yetər ki siz onun izah etdiklərini dinləyin. Ona əhəmiyyət verdiyinizi hiss etdirin.

3. Acgözük
Hər vaxt daha çox və daha ləziz yeməklər istəyərik. Söz mövzusu olan əgər şirindirsə əsla xeyr deyə bilmərik. İstədiyimiz qədər tox olaq; Virgina Woolfun nə dediyini xatırlayaq: İnsan yemək yeməmişsə, yaxşı da düşünə bilməz, sevişə bilməz, yata bilməz

Necə öhdəsindən gəlirsiniz?
Gecənin yarısında yediyiniz bir parça şokoladın sizi tombiş birinə çevirəcəyini düşünərək canınızı sıxmayın.

4. Həddindən artıq qürurluyuq
Təbii ki hamımız qiymətliyik. Bu səbəbdən də qürurluyuq! Bir parça qürur eqomuzu təmin etmək üçün də hər vaxt ideal, həddindən artığa qaçmamaq qeydiylə təbii ki! Unutmayın, özünüzü nə qədər çox sevsəniz, xarici dünyaya da eyni ölçüdə özünüzü təqdim edərsiniz. Başqalarını sevmədən əvvəl özünüzü sevməlisiniz. Ki başqaları da sizi sevsin.

Necə öhdəsindən gəlirsiniz?
Bir parça qürur hər kəs üçün ideal. Ancaq qüruru lovğalanmağa çevirdiyiniz anda çətinliklər baş göstərməyə başlayır. Ətrafınızdakıları qaçıracaq və ya sizdən soyumalarına səbəb olacaq şəkildə şişirdilmiş davranışlardan qaçının. Özünüzü dünyanın mərkəzi sanmayın.

5. Dedi-qoduçuyuq
Dedi-qodu etmək özümüzü çox yaxşı hiss etməmizə səbəb olar. Hər vaxt danışacaq bir şeylər tapmamızı təmin edər. Başqalarını çəkişdirmək bizi xoşbəxt edər. "Mən dedi-qodu etməyi sevməm" deyən insanların belə əslində dedi-qodu etdiyini və böyük bir həzz aldığını da görərik.

Dedi-qodu edərkən nəyə diqqət yetirməliyik?
Dedi-qodunu kiminlə etdiyinizə diqqət yetirməlisiniz. Unutmayın yerin qulağı var! Sizə tövsiyəmiz əsla səmimi olan iki adamdan biriylə digərini çəkişdirməməniz. Bir gün sonra hər ikisi də sizə düşmən ola bilər.

6. Alış-veriş manyakıyıq
Canınız çox sıxıldığında, kefiniz qaçdığında nə edərsiniz? Ümumiyyətlə alver deyilmi? 1 sahəyə 1 pulsuz ayaqqabı kampaniyalarından hansımız heç geyməyəcəyimiz bir ayaqqabını almaqdıq ki? Və ya yüzdə 50 endirim kampaniyalarına aldanaraq yüzdə 50 qənaət etdiyimizi düşünərək nələr nələr götürmədik ki! Hətta müalicəyə getmənizə belə ehtiyac yoxdur. Dərdlərinizdən xilas olmanız üçün alverə çıxmanız kafi!

Necə öhdəsindən gəlirsiniz?
Alverə çıxdığınızda yalnız endirimdə deyə heçnə almayın. İşinizə faydamı yaramazmı deyə düşünün.

7.Qısqancıq
Qısqanclıq hər insanın təbiətində var. Az və ya çox; Məsələn sevgiliniz həm yaraşıqlı, həm intimual, həm də əyləncəlidirsə onu qısqanmamamız mümkün olarmı? Təbii ki xeyr! Onu boğmayacaq şəkildə yüngül qısqanclığa bəli. Ancaq onun sizdən nifrət etməsinə səbəb olacaq davranışlara da xeyr!

Necə öhdəsindən gəlirsiniz?
Əvvəlcə qısqanc olduğunuzu qəbul edin. O duyğularla yaşayarkən, qısqanclığınızı rədd etməniz sizə heç bir şey qatmayacaq. Sevgilinizə belə bir cümlə qura bilərsiniz məsələn. "Sevgilim mənim qısqanc olduğumu sən də bilirsən. Flankəsin sənin ətrafında gəzərək sənə pərəstişkarlıq etməsindən narahat oluram." Bütün gecəni mədə ağrılarıyla keçirməkdənsə sevgilinizlə açıq açıq danışmanın faydalı olacağını düşünürük.

Onu da nezerize catdirimki,bunlar qadinlarin dillerinden yazilib...

Mence qizlarin serhleri daha da maraqli olardi...

Buyurun fikirlerinizi gozleyirem...


Tarix: 14.06.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 420 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...