beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gül suyunun üzə faydaları

Üzünüzdə qırışlar əmələ gəlməyə başlayıb? Bu sizi kədərləndirir? Gözlərinizin altında torbalar, qaraltılar, şişkinliklər yaranıb? Elə isə bu problemləri aradan qaldırmaq üçün gül suyundan istifadə edin. Gül suyu üz üçün möhtəşəm bir təbii qaynağdır. Gül suyunun bütün üz problemləri üçün faydalı olduğunu deyə bilərik. Üzünüz üçün saf gül suyu istifadə etməyinizi tövsiyə etmirik. Saf gül suyu üzü quruda bilər. Ona görə də satışda olan hər hansı bir gül suyundan bəhrələnmək olar. Bəs gül suyundan necə istifadə etmək olar? Gül suyu üz problemlərinə necə təsir göstərir?
Üz ləkələri üçün gül suyunun faydaları və istifadəsi:
Gül suyunun üz ləkələri üçün çox faydalı bir təbii qaynaq olduğunu deyə bilərik. Hər gün üzünüzü gül suyu ilə təmizləsəniz, üzünüzdəki ləkələrin müəyyən zamanda itdiyini görəcəksiniz. Bundan başqa ərik yağı və gül yağını qarışdırıb, istifadə etdiyiniz zaman üzünüz gün boyu zərərli təsirlərdən də qorunmuş olacaq.
Üz qırışları üçün gül suyunun faydaları:
Gül suyu üz qırışları üçün qiymətli bir nemətdir. Gül suyu üzünüzdəki qırışları silir və yeni qırışların yaranmasına mane olur.
Gül suyunun sızanaqlara qarşı faydaları və istifadəsi:
Gül suyu gözəlliyinizi pozan sızanaqlar üçün çox faydalıdır. Sızanaqları yox etmək üçün təbii həll olan gül suyu, qısa zaman içində sızanaqları aradan qaldırır. Gül suyu ilə üzünüzü daim silməlisiniz. Gül suyu ilə üzünüzü dərindən silsəniz, sızanaqlar kökündən yox olar.
Göz altı qaraltılar üçün gül suyunun faydaları və istifadəsi:
Göz altını gül suyu ilə təmizləmək, göz altında yaranan yağ vəzilərinə, göz altı qaraltılara yaxşı təsir edir. Bu üsul həqiqətən də üzünüzə istədiyiniz gözəlliyi gətirəcək. Gül suyu ilə gül üzünüz heç vaxt solmasın.


Tarix: 22.06.2013 / 12:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri